Slimfit
  1. İDMAN

Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm

Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm
Sakura

Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatını medalsız başa vuran Hacı Əliyev bu barədə “Instagram” hesabında paylaşım edib.

Oxu.Az xəbər verir ki, o, mundialdan medalsız ayrılmasından və ona qarşı olan haqsızlıqlardan yazıb: 

“Bu gün burdan (dünya çempionatından – S.M.) əliboş gedirəm. Amma mənim haqqıma girənləri Allaha tapşırıram və başda oturan bütün hakimlərə haqqımı halal etmirəm. Bu son deyil, inşallah hər şey qarşıda. Allah nə yazıbsa, xeyirlisi”.

Xatırladaq ki, ötən gün Hacı rusiyalı Hacımurad Rəşidovla görüşdə önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını silib. Üçqat dünya və üçqat Avropa çempionumuz hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstərib.

Qeyd edək ki, Hacı Əliyev dünya çempionatı vasitəsilə Tokio Olimpiadasına vəsiqə qazana bilməsə də, hələ Yaponiyaya getmək imkanlarını itirməyib. Belə ki, martın 19-22-də Macarıstanın paytaxtı Budapeştdə Avropa, 30 aprel - 3 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada dünya lisenziya turnirləri keçiriləcək. Hər iki turnirin finalçıları Olimpiadaya lisenziya qazanacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR