Slimfit
  1. İDMAN

UEFA Avropa Liqasının kuboku Azərbaycanın regionlarına səyahətə yollanıb

UEFA Avropa Liqasının kuboku Azərbaycanın regionlarına səyahətə yollanıb
Sakura

UEFA Avropa Liqasının kuboku Azərbaycanın regionlarına səyahətə yollanıb

Bakıda keçiriləcək Avropa Liqasının kuboku Azərbaycanın regionlarına səyahətə yollanıb.

Təşkilat Komitəsindən "Report"a verilən məlumata görə, baş mükafat bu gün ölkənin ikinci böyük şəhəri qədim Gəncədə olacaq.

Mayın 21-də isə kubok Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sərgilənəcək. Dayanacaq məntəqələrində sakinlər və tədbir qonaqları xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə biləcəklər, həmçinin onları əyləncəli konsert proqramları, Bakıda final oyununa bilet qazanmaq imkanı və digər hədiyyələr gözləyir.

Azyaşlı qonaqlar üçün face-art, animatorlar, futbol üzrə ustad dərsləri, oyunlar və digər əyləncələr hazırlanıb.

Tədbirin daha bir diqqətçəkən məqamı Avropa Liqasının final oyununun səfiri Vəli Qasımov, həmçinin “Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyaları olacaq.

UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda yerli vaxtala saat 23:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının kubok turu – bütün Avropadan futbol azarkeşləri üçün turnirin bir parçası olmaq, fəxri mükafatı yaxından görmək və futbol ulduzları ilə görüşmək üçün unikal imkandır. Bu il kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycanın paytaxtı – Bakı şəhərində başa çatıb. Kubok Avropa Liqasının səfiri olan Portuqaliyalı futbolçu Nunu Rikardo tərəfindən şəxsən təhvil verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR