Slimfit
  1. İDMAN

UEFA “Qarabağ”ın oyununda meydana girmiş erməni təxribatçı ilə bağlı iş açdı

UEFA “Qarabağ”ın oyununda meydana girmiş erməni təxribatçı ilə bağlı iş açdı
Sakura

UEFA “Qarabağ”ın oyununda meydana girmiş erməni təxribatçı ilə bağlı iş açdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 13-də keçirilmiş Avropa Liqasının “Arsenal” – “Qarabağ” oyunu ilə bağlı iş açıb.

Oxu.Az xəbər verir ki, meydana erməni təxribatçının qondarma “DQR” bayrağı ilə meydana çıxması, siyasi məqsədlərdən istifadə olunması, üstəlik oyunun nəzərdə tutulandan üç dəqiqə gec başlaması araşdırılacaq. 

Bu məsələ barəsində fevralın 21-də yekun qərar çıxarılacaq. Stüardların gözündən qaçdığı üçün meydançaya daxil olmuş erməni təxribatçıya görə London klubunu cəzalar gözləyir. Böyük ehtimalla, klub cərimələnəcək.

Qeyd edək ki, Artur Zakaryan adlı üzərində terrorçu Monte Melkonyanın şəkli olan erməni təxribatçı 90+3-cü dəqiqədə qondarma “DQR” bayrağı ilə meydana çıxıb və “Arsenal”ın ehtiyat oyunçular skamyasında əyləşmiş Henrix Mxitaryana sevgisini bildirməyə çalışıb. Buna cavab olaraq “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bayrağı ondan almağa cəhd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR