Slimfit
  1. İDMAN

UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq

UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
Sakura

UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədov UFC 249 turnirinə qatılmayacaq.

Report”un məlumatına görə, UFC-in rəhbəri Deyna Uayt rəsmi “Twitter” hesabından yarışın baş tutacağını, amma Nurməhəmmədovun iştirak etməyəcəyini bildirib. O, döyüşlərin siyahısını yaxın zamanda açıqlayacağını sözlərinə əlavə edib.

Qeyd edək ki, UFC 249 turnirinin keçiriləcəyi məkan açıqlanmayıb. Əvvəlcədən yarış ABŞ-ın Nyu-York şəhərində planlaşdırılsa da, sonradan koronavirusa görə təxirə salınıb. Gecənin əsas döyüşü Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyuson arasında olmalı idi. Hazırda Rusiyada olan Nurməhəmmədov məkanı əvvəlcədən bilməyəcəyi təqdirdə, turnirdə iştirak etməyəcəyini açıqlamışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR