Slimfit
  1. MARAQLI

Uğurla Dolu Bir Həyat: Mary Calkins haqqında 7 Məlumat

Uğurla Dolu Bir Həyat: Mary Calkins haqqında 7 Məlumat
Sakura

Uğurla Dolu Bir Həyat: Mary Calkins haqqında 7 Məlumat

Hər bir elmdə olduğu kimi psixologiya elmində də qadınların ayrı-seçkiliyə məruz qaldığı dövrlərdə yaşayan Mary Calkins kimdir? Sırf qadın olduğu üçün bir çox çətinliklə mübarizə etmək məcburiyyətində olan Mary Calkinsin haqsızlıqlarla dolu hekayəsi:

  1. AMERİKA PSİXOLOJİ ASSOSİASİYASININ (APA) İLK QADIN PREZİDENTİ

Mary Whiton Calkins, APA-nın (American Pschological Association) 14-cü və ilk qadın prezidenti olmuşdur.

APA, 1892-ci ildə qurulan, mərkəzi Vaşinqtonda olan dünya tərəfindən qəbul olunmiş, psixologiya üzrə aktual məqalələr dərc edən birlikdir.

Dr. Calkins 1903-ci ildə Amerikadakı ən məşhur 50 psixoloq siyahısında 12-ci sırada idi.

  1. FƏLSƏFƏ İLƏ ƏLAQƏSİ

Mary Calkins, 1863-cü ildə Hartford, Conn ecticut-da anadan oldu. Smith Collega-də fəlsəfə üzrə təhsil aldı və məzun olduqdan sonra Wellesley Collega-də Yunan fəlsəfəsi haqqında dərs deməyə başladı.

Burdakı uğurlu öyrətmək üsulları bir psixologiya professorunun diqqətini çəkdi və ona bir il təhsil almaq şərtilə psixologiya təhsili təklif etdi. Mary Calkinsin bu təklifi qəbul etməsinə baxmayaraq, o dövrdə qadınların psixologiya təhsili ala bilməsi imkansız idi.

  1. MÜVƏFFƏQİYYƏTLƏRİNƏ BAXMAYARAQ …

1890-cı ildə psixologiya təhsilinə başladıqdan sonra Josiah Royce və William James-dən dərsləri öyrənməyə başladı.

Royce, Mary Calkins-in Harvardda yaşıdları ilə birlikdə oxumasının lazım olduğunu Harvard sədrinə təklif etdi. Sədr, qadın və kişilərin eyni sinifdə dərs keçməsinə qarşı olmasına baxmayaraq, Royce və Ceymsin təkidi ilə dərslərə daxil olmağa icazə verdi. Təbii ki, bir şərtlə: Dərslərə girə biləcəkdi, lakin qeydiyyatda olan rəsmi tələbə olmağına icazə yox idi.

  1. İLK PSİXOLOGİYA LABORATORİYASINI QURDU

Növbəti il dərsləri ilə yanaşı, Meri Calkins, Wellesley Kollecində ilk psixologiya laboratoriyasını qurdu. Keçən illər ərzində psixologiya sahəsinə dair geniş bir məlumata sahib oldu.

1894-də Harvarda doktorantura üzrə müraciət etdi. Psixologiya laboratoriyası qurmuş və Harvarddakı təhsilini müvəffəqiyyətlə tamamlamış olmasına baxmayaraq müraciəti qəbul olunmadı. Daha sonra Radcliffe tərəfindən doktorantura təhsili üzrə təklif gəlsədə böyük araşdırmalarına görə qəbul etmədi.

  1. ƏSƏRLƏRİ

Dr. Calkins, həyatı boyunca psixologiya və fəlsəfə mövzusunda bir çox araşdırmalar etdi. Dörd kitab, psixologiya və fəlsəfə üzrə yüzdən çox məqalə yazmışdır. The Persistent Problems of Philosophy (1907) və The Good Man and the Good adlı iki əsərində fəlsəfi baxışını izah etmişdir.

Araşdırmalarını yaddaş və şəxsiyyət mövzularına yönəltdi. Şəxsiyyətin təyin olunmasının çox çətin olduğunu dedi və “Bir bütünlük, bir çox xarakterlərdən biri … Bənzərsiz bir varlıq, mən, mən olduğum üçün mənəm və sən də sən olduğun üçün sənsən …” cümlələri ilə açıqladı.

  1. ÖLÜMÜ

Harvard müraciətini qəbul etmədikdən sonra araşdırmalarına həmişə davam etdi və bərabərlik üçün çalışdı. Mary Calkins, 1929-cu ildə xərçəngdən həyatını itirdi.

Təkcə Amerika Psixologiya Birliyinin ilk qadın başçısı olmaqla deyil psixologiya sahəsinə verdiyi töhfələrlə və uğurlu olmaq üçün etdikləri ilə də tanındı.  Psixologiyada kişilərin dominant olduğu, qadınların isə təhsil almasının və alınan təhsilin diplomunun olmadığı bir dövrdə müvəffəqiyyətləri, əzmi təqdirə layiqdir.

  1. SON SÖZ

Psixologiya sahəsinı etdiyi bu qədər töhfə və sonsuz səylər nəticəsində uğurlu keçən bir həyat. Dr. Calkins-in yazdığı bir cümlə ilə yazını bitirirəm.

“Yaşadığım hər ildə, oxuduğum hər kitabda, başladığım və ya təsdiq etdiyim hər müşahidə ilə, psixologiyanın mühit, cəmiyyət və fizika ilə bağlı şəxsiyyət elmi olaraq qəbul etmək lazım olduğuna inanıram.”

GÜLLÜ NAĞIYEVA

 

Mənbə: 1lady.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR