Slimfit
  1. PSİXOLOGİYA

Uğurlu liderin sahib olduğu dörd keyfiyyət

Uğurlu liderin sahib olduğu dörd keyfiyyət
Sakura

Uğurlu liderin sahib olduğu dörd keyfiyyət

Effektiv lider olmaq (və səmərəli yaşamaq üçün ) üçün özünüzə qarşı inamlı olmalı, başqaları ilə əlaqə saxlamalı, hədəflərinizə can atmalı və emosional cəsarət göstərməlisiniz. Çoxumuz sadalanan dörd keyfiyyətdən yalnız birini nümayiş etdirməyi bacarırıq. Nadir hallarda - iki. Ancaq başqalarına təsir etmək və onları əməli addımlar atmağa təşviq etmək üçün şərtlərin dördündə də mükəmməl olmalıyıq.

Özünə inam. Çoxları, hətta uğurlu liderlər də bu komponentlə problem yaşayırlar. Öz qabiliyyətlərinə inamsızlıq və başqalarından tərif almaq istəyi iş düşkünlüyü adlanan hala gətirib çıxarır . Uğursuzluğun qorxusu çətinliklər qarşısında geri çəkilməyə məcbur edir. Əgər kim olmaq istədiyinizi və bu istiqamətdə işləmək istədiyinizi özünüzçün müəyyən etmisinizsə və diqqəti yayındıran amillərə fikir vermədən, enerjinizi strateji və ağıllı şəkildə bölüşdürürsünüzsə, deməli perspektiviniz var.

Ətrafınızdakılarla qarşılıqlı əlaqə. Bu, ən böyük üstünlükdür. İşçilər sizi sevməlidirlər və komandanızın qayğısına qalmalısınız. İnsanlara güvəndiyinizi hiss etdirin, hətta fikirləriniz üst-üstə düşməsə belə. İnsanlara və vəzifələrə öyrənmək həvəsilə yanaşın və heç vaxt tələsik nəticə çıxarmayın. Həmişə işçilərinizlə açıq danışın və çətin söhbətlərdən qaçmayın.

Hədəfə sadiqlik. Uğur qazanmaq üçün nə etməli olduğunuzu dəqiq müəyyənləşdirin : insanları cəlb edin, təkliflərə açıq olun və daima kömək istəməyə hazır olun. Həmkarlarınızla məlumat paylaşın, ən vacib şeylərə diqqət etmək və eyni zamanda hər şeydən xəbərdar olmaq üçün təsirli iş prossesi qurun.

Emosional cəsarət. Risk bizi müdafiəsiz hiss etdirir və çoxları bu hissdən qorxur. Ancaq əvvəlki üç bacarığı uğurla inkişaf etdirmək üçün emosional cəsarət göstərməyə dəyər. Bilinməyənləri qəbul edin və narahat vəziyyətlərdən çəkinin . İnsanlara xoşagəlməz həqiqəti söyləməkdən və çətin qərarlar qəbul etməkdən qorxmayın.

Özünüzə arxayın olsanız, amma qalan işçilərdən uzaqlaşsanız, hər şey sizin şəxsiyyətinizə bağlı olacaq və ətrafınızdan uzaqlaşacaqsınız. İş münasibətləri qurmusunuz, ancaq özünə inam yoxdursa, o zaman ehtiyaclarınızdan və əksəriyyətin maraqları üçün karyera perspektivlərindən imtina edəcəksiniz. Əgər işinizə sadiq deyilsinizsə, daha doğrusu bu fərdi mənfelərinizi üstələmirsə , ciddi çətinliklərlə qarşılaşacaqsınız, başqalarının hörmətini itirəcək, mənbələri məqsədsiz xərcləyəcək və vəziyyətin ən vacib tərəflərinə təsir edə bilməyəcəksiniz. Emosional cəsarət göstərərək qətiyyətli və cəsarətli hərəkət edə bilmirsinizsə, fikirləriniz boş düşüncələr , məqsədləriniz isə reallaşmayan xəyallar olaraq qalacaqdır. İnsanlara inanan, ona tabe olan , fərdi maraqlardansa ümumi mənafe üçün əlindən gələnin ən yaxşısını etməyə çalışan, kifayət qədər inandırıcı və cəlbedici insan obrazını yaratmaq üçün bütün bu dörd keyfiyyəti bir arada inkişaf etdirməyə çalışın.

Mənbə: zen.yandex.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR