Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ülvin Məmmədov Camaləddin oğlu

Ülvin Məmmədov Camaləddin oğlu
Sakura

Doğum tarixi : 1 yanvar 1996 Vəfat tarixi: 2 aprel 2016 (20 yaşında)

Ülvin Camaləddin oğlu Məmmədov (d. 1 yanvar 1996; Laçın, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Ülvin Məmmədov 1996-cı ilin 1 yanvar günündə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Ülvin Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 7-si isə Ülvin Məmmədov Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Ülvin Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR