Slimfit
  1. GÜNDƏM

Ümumerməni oyunlarının məşəli Azərbaycanda - Pənah xanın qalasında yandırıldı...

Ümumerməni oyunlarının  məşəli Azərbaycanda - Pənah xanın qalasında yandırıldı...
Sakura

Bizlərsə Xəzər sahilindəki konsertlərlə on illərdir Qarabağa həsrət qalanları yandırırıq...

Avqust ayında Azərbaycan torpaqlarında keçiriləcək 7-ci üzdəniraq ümumerməni oyunlarının 3-cü məşəli işğal altındakı Ağdam rayonunun Şahbulaq yüksəkliyində Qarabağ xanı Pənahəli xanın tikdirdiyi  qədim qalada yandırılıb. 
 
Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, qondarma rejimin başçısı Bako Saakyan və digər “məmur”ların qatıldığı tədbirdə oyunların məşəlini Aprel döyüşlərinin “qəhrəmanı”, işğalçı baş leytenant Artur Aqasyan yandırıb... 
 
Qeyd edək ki, üzdəniraq ümumerməni oyunlarının birinci məşəli Türkiyənin Hatay vilayətindəki Musadağın ətəyində yerləşən  erməni kilsəsində, ikinci məşəli isə Ermənistanın Türkiyə ilə sərhədi yaxınlığında, Ağrıdağın ətəyindəki Xor Virap kilsəsində yandırılıb.
Xatırladaq ki, Ağdam rayon mərkəzindən təxminə 10 km məsafədə yerləşən  Şahbulaq qalası və ya Tərnəküt qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilib. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.
 
Nə yazıqlar ki, Pənah xanın qalası artıq 26-cı ildir ki, erməni işğalı altındadır. Separatçı rejim qalanı təmir etdirərək “dövlət qoruq-muzey”inə çevirib və Azərbaycanın bu qədim tarixi abidəsi hesabına xaricdən turist cəlb edərək mümkün qədər pul qazanmağa çalışır. Qalanın ətrafında Ermənistan arxeoloqları qanunsuz və saxta qazıntı işləri aparır...
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR