Slimfit
  1. İQTİSADİYYAT

Un və un məhsulları yodlaşdırılacaq

Un və un məhsulları yodlaşdırılacaq
Sakura

Un və un məhsulları yodlaşdırılacaq

Yaxın zamanlarda parlamentə yeni qanun layihəsinin daxil olması gözlənilir. Bu, un və un məhsullarının yodlaşdırılması ilə bağlı qanunvericilik aktıdır.

Oxu.Az xəbər verir ki, bu haqda millət vəkili Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, belə bir qanuna ciddi ehtiyac var.

“Çünki son illər Azərbaycanda, xüsusilə, dünyaya yeni gələn körpələrdə, uşaqlarda, yeniyetmələrdə ciddi problemlər ortaya çıxmaqdadır. Xüsusilə, boy, çəki məsələsində ciddi problemlər var. Dünyada boy və çəki məsələsində artım olduğu halda, Azərbaycanda boy hündürlüyü məsələsində xeyli geriləmə var.

Uşaqlar, yeniyetmələr arıq, cılızdır. Bunun qarşısının alınması üçün dünyadakı təcrübədən, un və un məhsullarının yodlaşdırılmasından istifadə zərurəti yaranıb. Odur ki, məndə olan məlumatlara görə, yaxın zamanlarda parlamentə un və un məhsullarının yodlaşdırılması ilə bağlı qanun layihəsinin daxil olması gözlənilir.

Hesab edirəm ki, bu qanunun qəbulundan sonra ortada olan problemlər az da olsa, öz müsbət həllini tapa bilər”, - deyə millət vəkili əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR