Slimfit
  1. ELM

“UNEC-in dəyərləri” təsdiqlənib

“UNEC-in dəyərləri” təsdiqlənib
Sakura

“UNEC-in dəyərləri” təsdiqlənib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə elmi şuranın iclasında öz dəyərlərini təsdiqləyib.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin kollektivi üçün vahid yanaşmanı formalaşdıran “UNEC-in dəyərləri” akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyətin mənafeyini düşünmək, ekoloji həssaslıq kimi yüksək mənəvi keyfiyyətləri özündə birləşdirib.

“UNEC-in dəyərləri”nə əsasən, tədqiqat, tədris və sosial xidmət fəaliyyətlərində elmi prinsiplərə sadiq olaraq, akademik azadlıq və akademik etika qorunur, müəlliflik hüquqlarına hörmətlə yanaşılır. Dəyərlərə görə, UNEC-də akademik və inzibati vəzifələrdə hər bir fərdə bərabər imkanlar yaradılır və layiq olana üstünlük verilir. Bu ali təhsil müəssisəsinin bütün fəaliyyəti daim ictimaiyyətə açıq şəkildə həyata keçirilir.

Bu dəyərlər ehtiva edir ki, fəaliyyətlərində hər zaman daha mükəmməl olanı əldə etməyə çalışan UNEC ailəsi, həm də yüksək keyfiyyət prinsipinə sadiqdir. Səmərəli idarəetmənin bütün mərhələlərində UNEC üzvlərinin fəal iştirakı təmin edilir. Dəyərlərə görə, cəmiyyətin mənafeyini fəaliyyətinin önündə tutan UNEC, bu istiqamətdə bütün maraqlı tərəflərin fərqli fikirlərinə böyük önəm verir.

UNEC dünya universitetlərinin beynəlxalq reytinqlərində “Yaşıl universitet” statusunu qazanaraq, dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunması istiqamətində də inamla addımlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR