Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Universitetlərdə 500-600 manat təqaüd alan tələbələr

Universitetlərdə 500-600 manat təqaüd alan tələbələr
Sakura

Universitetlərdə 500-600 manat təqaüd alan tələbələr

“İstəsəniz, çalışsanız bu qədər təqaüd ala bilərsiniz! Bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd, və adlı təqaüdlər sistemi mövcuddur”.

Modern.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

O, tələbələrin təqaüdlərini mərhələlərə bölüb.

Standart təqaüd: bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

Prezident təqaüdü – 210 manat 

Xüsusi təqaüd:

SABAH təqaüdü – 50 manat

“Gələcəyin müəllimi” təqaüdü – 100 manat

Kənd təsərrüfatı tələbə təqaüdü – 100 (yüz)- 200 (iki yüz) manat

AZERCELL tələbə təqaüdü – 200 manat

SOCAR tələbə təqaüdü – 100 manat

Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramları da var. Yəni Universitetə qəbul olma balına uyğun təqaüd, bir də tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd.

Adlı təqaüdlər: Adlı təqaüdlərin verilməsində ən yaxşı göstərici Bakı Dövlət Universitetindədir. Burada 22 ziyalının adına təqaüd verilir. BDU-da hazırda Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bünyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya Məmmədov, Həsən Əliyev, Zeynəlabdin Tağıyev, Məmməd Xələfov, Murtuz Ələsgərov, Heydər Hüseynov adına adlı təqaüdlər verilir. 

“Azərbaycan” Universitetində “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” - 500 manat.

Odlar Yurdu Universitetində isə 9 adlı təqaüd sistemi mövcuddur: Heydər Əliyevin adına, Zərifə Əliyeva adına, Mir Cəlal Paşayev adına , Əhməd Seyidov adına, Səməd Vurğun adına, Fərəməz Maqsudov adına, Lütfi Zadə adına, Əhməd Mahmudov adına, Vahid Qəhrəmanov adına təqaüdlər verilir. Misal üçün: bakalavriat səviyyəsi üzrə dövlət sifarişi ilə hər hansı bir ali məktəbə qəbul olmuş tələbə sentyabrdan yanvara qədər 75 manat təqaüd alacaq. Həmən şəxs qış imtahan sessiyasından əlaçı çıxsa, 130 manat təqaüd alacaq. Əgər o müəllimlik ixtisasına qəbul olubsa, əlavə 100 manat, SABAH qruplarında təhsilini davam etdirsə, əlavə 50 manat təqaüd alacaq ki, bu da 280 manat təqaüd deməkdir.

Bunlarla yanaşı, o tələbə AZERCELL və SOCAR-ın təqaüd proqramlarını qazansa əlavə 300 manat təqaüd ala bilər. Əgər o tələbə prezident təqaüdü alırsa, 210 manat da təqaüd bu məbləğlərə əlavə olunur. Və ya, hansısa bir abituriyent kənd təsərrüfatı ixtisasları üzrə ali məktəbə dövlət sifarişli ixtisas üzrə qəbul olunubsa, əlaçı olsa 130 manat, o universitetə 400-499 bal toplayıbsa əlavə 100 manat, 500-dən çox bal toplayıbsa əlavə ayda 200 manat, SABAH qruplarında oxuyursa, əlavə 50 manat təqaüd ala bilər.

Beləliklə, kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan hər bir tələbənin azı 380 manat təqaüd almaq imkanı var. Əlbəttə ki, bura AZERCELL və SOCAR-ın təqaüdlərini, universitetlərin daxili təqaüdlərini də əlavə etmək olar.


Beləliklə, istənilən tələbə ölkəmizdə istəsə, azı 300 manat təqaüd ala bilər və bu heç də çətin deyil. Hazırda ali təhsil müəssisələrimizin bakalavr pilləsində təhsil alanlar arasında 500-600 manat təqaüd alan xeyli sayda tələbə var. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR