Ens.az
15 noyabr 2019, cümə
.
.
chevron_left chevron_right
TEXNOLOGİYA

Çində aşaqlara gündə 1,5 saatdan çox videooyun oynamaq qadağan edildi

Çində aşaqlara gündə 1,5 saatdan çox videooyun oynamaq qadağan edildi

28 Baxış
Çində aşaqlara gündə 1,5 saatdan çox videooyun oynamaq qadağan edildi
Dinləmə sayı: 1

Çin hakimiyyəti ölkədə videooyun bazarını məhdudlaşdıran yeni qanun paketi qəbul edib. Çinin hökumət nümayəndələrinin sözlərinə görə, qanun paketi uşaqların videooyunlardan asılılığını azaltmaq üçün qəbul edilib. Bu haqda "BBC" yazır.

Çinli yeniyetmələr iş günləri 1,5 saat və istirahət günü isə 3 saat videooyunlar oynamaq imkanına malikdirlər. Bundan başqa, ölkə hakimiyyəti axşam saat 22:00-dan səhər 08:00-dək oyunlardan istifadəni qadağan edib.

Bu qanunun icrasına nəzarət mexanizmi hələ ki məlum deyil. İndi Çin sakinləri videooyunlarda qeydiyyatdan keçmək üçün öz həqiqi adlarını və telefon nömrələrini yazmalıdırlar, ancaq yeniyetmələr əksər hallarda bu məqsədlə valideynlərinin telefonundan istifadə edirlər.

Həmçinin Çin hakimiyyəti yeniyetmələr tərəfindən onlayn oyunlarda öz hesablarına köçürülən pul məbləğinin miqdarını məhdudlaşdırıb. İndi 16 yaşına çatmamış oyunçular öz hesablarına aylıq 29 dollar, yaşı 16-dan 18-dək olanlar isə 57 dollar köçürə bilərlər.

 Videooyun bazarının mütəxəssislərinin qənaətincə, belə yeniliklər videooyun istehsalçılarına zərər vuracaq.
Mənbə: olaylar.az





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Fukan - eyni adlı çin şəhərində 2000-ci ildə aşkar olunmuş əsrarəngiz gözəlliyi olan meteorit. Əvvəlcə o bir tondan artıq çəkiyə malik idi, amma sonra bir neçə hissəyə bölündü. Fukan bütün meteoritlərin cəmi 1%-ni təşkil edən pallasitlər növünə aiddi
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X