Slimfit
  1. MEDİA

Uşaqları siqaret çəkən valideynlər cərimələnsin? – “Yeni cəzalar olmalıdır”

Uşaqları siqaret çəkən valideynlər cərimələnsin? – “Yeni cəzalar olmalıdır”
Sakura

Uşaqları siqaret çəkən valideynlər cərimələnsin? – “Yeni cəzalar olmalıdır”

Rusiyada övladları siqaret çəkən valideynlərin cəzalandırılması üçün hökumətə qanun layihəsi təqdim edilib. Həmin valideynlərin həbs olunması və ya cərimələnməsi nəzərdə tutulur. Sirr deyil ki, Azərbaycanda da siqaret çəkən yeniyetmələr çoxdur. Ölkədə 18 yaşına çatmayan uşaqlara siqaret satışı qadağan olunmasına baxmayaraq, məktəblilər arasında siqaret çəkənlərin sayı az deyil. Bəs görək, mövcud cərimə mexanizmi Azərbaycanda da tətbiq oluna bilərmi?

Məsələ ilə bağlı danışan sosioloq Zəminə Səfərova sözügedən cərimənin ölkəmizdə də tətbiqinə ehtiyac olduğunu bildirir. Sosioloq həmçinin bu istiqamətdə valideyn məsuliyyətsizliyindən də söz açdı:

“Azərbaycanda da 18 yaşına çatmayan uşaqların siqaret çəkməsinə görə, valideynlərin cərimələnməsinə pis baxmıram. Ümumiyyətlə valideyn uşağa pul verərkən onu hara xərclədiyinə nəzarət etməlidir. Çox vaxt valideynlər nə üçün istədiyini öyrənmədən uşağa çox pul verirlər. Məsuliyyətsiz və laqeyd valideynlər də var. Əlbəttə əgər nəzarət olarsa, uşaqda da məsuliyyət və çəkinmə halı ola bilər. Azərbaycanda ictimai nəqliyyatda, ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı qadağaların pozulmasına görə, cərimələr tətbiq edildi. Məlumata görə, Rusiyada da siqaretlə bağlı bəzi qadağalar qoyulub, cərimələr tətbiq edilib. Yeni qanuna görə, mənzillərin eyvanlarında siqaret çəkənlər və manqal yandıranlar oktyabrın 1-dən 5 min rubl cərimə ödəyəcək. Bu qərarın verilmə səbəbi isə yanğın riskini azaltmaqdır”.

Zəminə Səfərova nəinki siqaret, digər qadağaların da cərimələrə keçirilməsinin tərəfdarı olduğunu vurğuladı:

“Fikrimcə bu qanun Azərbaycanda da tətbiq edilsə yaxşı olar. Çünki balkonda siqaret çəkən şəxs yanğın təhlükəsindən əlavə, qonşuların sağlamlığına da ziyan vurur. Bir çox ölkələrdə büdcə demək olar ki, cərimələr hesabına artır. Odur ki, nəinki siqaretin bir çox digər qadağaların da cərimələrə keçirilməsinin tərəfdarıyam. Belə olan halda həm insanlar qanuna hörmət edəcəklər, həm də məsuliyyətli olacaqlar. Bu da gənclərin, yeniyetmələrin qaydalara uyğun böyümələrinə kömək olar”.

Qeyd edək ki, Rusiyada övladı siqaret çəkən valideynlər həbs oluna və ya cərimələnə bilər. Qanun hökumət tərəfindən təsdiq olunacağı təqdirdə 2021-ci ildən qüvvəyə minəcəyi bildirilir. Anoloji qanun 2009-2014-cü illərdə müzakirə üçün Dövlət Dumasına təqdim edilsə də, təsdiq olunmayıb. Bu ölkədə yeniyetmələrin 10%-i siqaret çəkir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR