Slimfit
  1. AZƏRBAYCAN

ÜST: Azərbaycanda indiyədək koronavirus qeydə alınmayıb

ÜST: Azərbaycanda indiyədək koronavirus qeydə alınmayıb
Sakura

ÜST: Azərbaycanda indiyədək koronavirus qeydə alınmayıb

“Azərbaycanda indiyədək koronavirusla bağlı hər hansı xəstə qeydə alınmayıb. Şübhəli xəstə də yoxdur. Aidiyyəti qurumlar bu vəziyyətlə bağlı işləyir”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, ÜST-ün Azərbaycandakı Nümayəndəliyi tərəfindən hər gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə danışıqlar aparılır: “Azərbaycana da bu xəstəlik böyük ehtimalla gələcək. Bütün dünyaya yayılacaq, çünki yeni virusdur. Yeni virusun özəlliyi budur ki, dünyada heç kim bundan qoruna bilmir. Çünki əvvəl heç kim bu virusla qarşılaşmayıb. Bu virus insandan insana sürətli şəkildə keçərək bir gün Azərbaycana da gələcək. Gəldiyi zaman vacib olan doğru diaqnozun qoyulması, qabaqlayıcı tədbirlərin görülməsidir”.

H. Harmancı qeyd edib ki, Nazirlər Kabineti tərəfindən virusa qarşı tədbirlərlə əlaqədar müşavirə keçirilməsi, İşçi Qrupun yaradılması görülməli olan tədbirlərdir: “Belə tədbirlərin görülməsi koronavirus olmasa da lazımdır. Hər qış buna bənzər hallar olur. Ona görə də bu kimi vəziyyətlərə hazır olmaq lazımdır”.

Onun sözlərinə görə, indiyədək dünyada 4593 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 106 nəfəri ölüb: “Ölüm halları yalnız Çindədir, başqa ölkələrdə ölüm halı yoxdur. Bundan başqa 14 ölkədə 56 nəfərdə koronovirusa yoluxma halı qeydə alınıb. Avropa ölkələrindən Fransada 3, Almaniyada 1 yoluxma halı olub. Xəstəliklə bağlı ölüm göstəricisi 2-4 faizdir. Bu, yüksək rəqəm deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR