Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

ÜST-ün nümayəndəsi koronavirusun iki əsas əlamətini açıqladı

ÜST-ün nümayəndəsi koronavirusun iki əsas əlamətini açıqladı
Sakura

ÜST-ün nümayəndəsi koronavirusun iki əsas əlamətini açıqladı

Vuynoviç qeyd edib ki, əgər kimsə xoşagəlməz epidemioloji vəziyyətin hökm sürdüyü ölkələrdə olmayıbsa, digər simptomlar onda qorxu yaratmamalıdır

İki əsas əlamət vətəndaşlara koronavirusa yoluxub-yoluxmadıqlarını anlamaqda kömək edəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Rossiya 24" telekanalının efirində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç danışıb.

Onun sözlərinə görə, söhbət yüksək temperatur və güclü nəfəs darlığı fonunda quru öskürəkdən gedir.

"Bu o deməkdir ki, ayaqyolu yataq otağınızdan üç metr aralıda yerləşir, amma siz oraya gedib çata bilmirsiniz: sadəcə nəfəs almaq həddən artıq çətin olduğuna görə", - Vuynoviç izah edib.

Vuynoviç qeyd edib ki, əgər kimsə xoşagəlməz epidemioloji vəziyyətin hökm sürdüyü ölkələrdə olmayıbsa, digər simptomlar onda qorxu yaratmamalıdır. Bu əlamətlər başqa xəstəliklərin nişanəsi ola bilər. Məsələn, COVID-19-da zökəmə nadir hallarda rastlanır, ancaq o, koronavirusun başqa tipinin əlaməti ola bilər.

Bir müddət əvvəl koronavirusun dünyada yayılmasının iki senarisi açıqlanıb. Bunlardan birinə görə, epidemiya bir neçə ay çəkib, sonra tamamilə itə bilər. Digər senariyə görə isə, hər mövsüm təkrarlana bilər.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR