Slimfit
  1. TÜRKİYƏ

Üstünə yarmaça atan deputata bir kəlmə söz deməyən “diktator” – dostunu sona qədər dost saxlayan lider

Üstünə yarmaça atan deputata bir kəlmə söz deməyən “diktator” – dostunu sona qədər dost saxlayan lider
Sakura

Üstünə yarmaça atan deputata bir kəlmə söz deməyən “diktator” – dostunu sona qədər dost saxlayan lider

Sabah bu böyük dövlət xadiminin vəfatının 81-ci ildönümü olacaq. O, nəinki Türkiyənin, eləcə də dünyanın tarixinə öz izini həkk etdirmiş adamdır. 20-ci əsrin 10 böyük dövlət xadimin adı çəkiləndə mütləq Mustafa Kamal paşanın, marşal Atütürkün adı da çəkilir.

O, bəzən bir çox müasirləri ilə, əsasən də hakimiyyət başında uzun müddət qalmış, bölük dövlətlərə rəhbərlik etmiş nüfuzlu siyasətçilərlə - Çorçillə, Stalinlə, Şarl de Qolla, Eyzenhauerlə müqayisə olunur, amma bioqrafiyasını araşdıranda məlum olur ki, Atatürk xeyli fərqli adam olub.

Bu gün onun tarixdəki rolunu azaltmaq üçün barəsində cürbəcür şeylər yazırlar, diktator olduğunu vurğulayır, dindarları sevmədiyini bildirir, demokratiyanı boğduğunu iddia edirlər.

Картинки по запросу mustafa kemal atatürk

Hamısı qərəzli söhbətlərdir. Atatürk hakimiyyətini repressiyalar vasitəsilə deyil, şəxsi nüfuzu, xarizması, iradəsi, tarixi xidmətləri sayəsində qoruyub və ali vəzifəsindən sərvət toplamaq, varlanmaq, züryətlərinə böyük miras qoymaq üçün istifadə etməyib.

Zaman-zaman Atatürklə Stalininin arasında bərabərlik işarəsi qoyanlar da olur.

Bu şəxslər təxminən yaşıddırlar. Stalin 1878-də, Mustafa Kamal 1881-ci ildə doğulub. İkisi də vətəndaşları olduqları imperiyanın ucqarlarında dünyaya göz açıb.

Atatürkdən 3 yaş böyük olan Stalin ondan 15 il çox yaşayıb. İkisi də kasıb, aqrar ölkəyə rəhbərlik etməyə başlayıblar və onu qüdrətləndiriblər.

Картинки по запросу stalin lenin trotsky

Stalin Lenin və Trotskinin, eləcə də digər inqilabçıların qurduğu dövləti 30 il boyunca idarə edib, Atatürk isə 18 il ərzində öz liderliyi ilə qurulan dövlətin başçısı olub.

Stalin ona müxalif olanların, şəxsinə qarşı əks fikir söyləyənlərin, hətta ona yox, rəqibinə səs verənlərin hamısını məhv edib, Atatürk onunla söz güləşdirənlərə, şəxsinə qarşı təhqiramiz ifadə işlədənlərə, Salonikdə doğulduğu üçün Türkiyədə millət vəkili seçilməməsi üçün qanun layihəsi hazırlayanlara, hətta parlamentin iclasında üstünə odun yarmaçası tolazlayanlara dözümlü yanaşıb.

Картинки по запросу mustafa kemal atatürk

Bu sonuncu hadisənin qəhrəmanı ərzurumlu millət vəkli Hüseyn Avni olub. Atatürk evlənən gənclərin tibbi müayinədən keçirilməsini (90 il bundan əvvəl! – bu, hələ günümüzdə indi-indi aktuallaşır) nəzərdə tutan qanun layihəsinin qəbul edilməsini istəyirmiş, hiddətlənən ərzurumlu deputat salondakı odun sobasının yanında qalaqlanmış odun parçasını – yarmaçanı götürüb, dövlətin qurucusunun üstünə atıb. Yarmaça fırlanıb katiblərdən birnin – Həmdi bəyin sifətindən tutub. Adamın dişləri tökülüb, qan aparıb, bayılıb. Atatürk tribunada çıxışını davam etdirib, Hüseyn Avniyə heç nə deməyib. Hüseyn Avni özü utanıb, məclisdən üzr istəyib, oturub, susub.

Hussein Avni.jpg

Hüseyn Avni

Sonradan cümhuriyyətə, hakimiyyətə qarşı açıq və radikal fəaliyyətinə görə ona qarşı cinayət işi açılsa da, Atatürk istintaqa heç bir təzyiq göstərməyib və bu şəxs bəraət alıb.

İndi eyni şeyi o biri diktaorlar barədə düşünün. Mussolini nə edərdi, Hitler necə davranardı, Stalin nə qərar verərdi? Əlbəttə, üçü də həmin deputatı “rəhbərin həyatına sui-qəsd cəhdi etmək” maddəsi ilə məhv edərdi.

Atatürkün tərəfdarları bu cür ipə-sapa yatmayan, hər fürsətdə onu tənqid edən, üzünə qayıdan müxalif deputatların cəzalandırılmasını tələb edirmişlər. Atatürk hər dəfə deyirmiş ki, əfəndilər, bu dediyiniz adam müxalifətçidirsə də, namuslu adamdır, onu cəzalandırsaq, yerinə gələn həm müxalif, həm də namussuz olsa, nə edəcəksiniz?

Картинки по запросу stalin buxarin, kamenev

Stalin, Trotski, Kamenev, Zinovyev

Bildiyiniz kimi, Stalində və o biri diktatorlarda belə düşüncə olmayıb, onlar əks fikirdə olan ən yaxşı akademikləri, ən yaxşı generalları, ən yaxşı yazıçıları sadəcə sədaqətlərindən şübhələndikləri üçün güllələdib, həbsxanaya salıblar.

O diktatorların hamısı dostbazlıq, qohumbazlıq edib. Atatürkdə belə şey olmayıb. Öz uşaqlıq, gənclik dostunu heç vaxt heç bir böyük vəzifəyə təyin etməyib və onlar son günlərinə qədər dost qalıblar. Nuri Conker adlı bu şəxs istəsə nazir, general, TBMM sədri ola bilərmiş, amma nə özü istəməyib, nə də Atatürk ona təklif etməyib. O, sona qədər yeganə adam olub ki, əlini masaya çırpıb, “Kamal, sən filan şeyi düz eləmirsən” deyə bilirmiş.

Картинки по запросу nuri conker

Diktatorlar belə ərkyanalıq edən dostları ilim-ilim itirər, həbsxanalarda çürüdərdilər. Necə ki, Stalin ən yaxın dostlarını, silahdaşlarını bir-bir xərcləmiş, hətta onların həyat yoldaşlarını belə tutdurub türməyə salmışdı.

Atatürk bilirdi ki, İsmət İnönü özünü ondan da güclü şəxsiyyət sayır və Türkiyə prezidenti olmağa iddialıdır. Hansı dikator belə adamı salamat qoyardı? Amma İsmət İnönüyə gözün üstə qaşın var deyən olmadı və o, Atatürkdən sonra Türkiyənin prezidenti oldu. Yeri gəlmişkən, onlar uzun müddət dost olsalar da, axır vaxtlar aralarında fikir ayrılıqları da olub, amma bir-birinə dözüblər.

Bununla belə, Atatürk dövlətlə dövlətçilik edənləri, dövlətə üsyan qaldıranları, şəriət quruluşu bərqərar etmək, dünyəviliyə son qoymaq istəyənləri ciddi şəkildə cəzalandırıb. Özünün, qohumlarının, dostlarının, yaxınlarının mənafeyini düşünməyən bu idealist şəxsiyyət dövlətə, bayrağa, şəhidə həqarət və düşmənçilik edənləri bağışlamayıb.

Günü gəlib, o, 57 yaşında vəfat edib, 81 ildir unudulmur. Onun şəxsiyyətinə kölgə salmaq istəyənlər nə qədər çalışırlar, bu böyük lideri Türkiyə ictimaiyyətinin gözündən sala bilmirlər. Görünür, bu, məhz, anadoluluların sevimli ifadəsi ilə desək, könüllərdə taxt qurmaq məsələsidir. Başqa cür mümkün olmazdı.

Картинки по запросу binəli yıldırım

Binəli Yıldırım, Türkiyənin sabiq baş naziri

Öz qısa ömrünü dövlətinə, millətinə həsr etmiş adamla nəyin davasını aparırlar, anlaşılmır. O cümhuriyyət bərqərar etməsəydi, ona sadiq olmasaydı, xanədanlıq quruluşu yenidən bərqərar olsaydı, bu gün onu tənqid edənlərin bir çoxu, nazir, partiya sədri, deputat ola bilməzdilər, sadəcə, sultanın sarayında əl-ayaq işlərinə baxardılar. Əgər ərzincanlı axsaq Dursunun oğlu Binəli gəlib Türkiyədə nazir, baş nazir, parlament sədri ola bildisə, bu, birbaşa Atatürkün ideallarının həyata keçməsinin nəticəsydi. ("Axsaq Dursun" ifadəsi Binəli Yıldırımın öz sözüdür, aşağılama səciyyəsi daşımır).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR