Slimfit
  1. PSİXOLOGİYA

Uzaq məsafədə sevmək mümkündürmü?

Uzaq məsafədə sevmək mümkündürmü?
Sakura

Uzaq məsafədə sevmək mümkündürmü?

Sevənlər ən güclü insanlardır. İkilikdə onlar istənilən maneəni dəf edə bilərlər. Dünyada ancaq bir şey onları zəif edə bilər - ayrılığın soyuq təması.

Arzular gerçəkləşirmi? Düşüncələr maddiləşirmi? Bu məsələlər barədə sonsuz olaraq mübahisə etmək olar. Günəş çıxacaq və batacaq, amma siz yenə də bu barədə özünüzün doğruluğunuzu sübut edəcəksiniz. Amma bir şeyi tamamilə dəqiq demək olar: yaxşı fikirlər və arzular həyat enerjisi verir. Həmçinin taleyin aralarında məsafə təyin etdiyi sevənlərə də.

Düşüncə çox şey edə bilir, o qurmaq və dağıtmağa qadirdir. Təxəyyül də güclü və ağıllı insanın əlində sərhədsiz imkanlarla olan alətə çevrilən universal mexanizmdir: arzuların reallaşdırılması üçün üsul, çətin anda güc verən enerji mənbəyi və çətin vaxtlarda ruhu aydınlatan işıq.

Mənim fikrim ev qurmaqdır. Ən adi, ən balaca, rahat ağacdan balaca ev, meşənin ən əlçatmaz yerində, sivilizasiyadan kənarda, geniş ağac yarpaqları və yoğun ağaz budaqları ilə gizlənən yerdə yerləşən ev.

Bu evi mən hər gün ziyarət edirəm. Onda artıq heç nə yoxdur. Özündə bütün faydalılığı əks etdirən, sevgi ilə hazırlanmış dadlı yemək olan ev. Buludlar kimi yumşaq olan ədyalla örtülmüş yataq. Kİtab oxuyarkən oturmağı sevdiyim rahat kürsü. İsti kamin də.

Bu, dünyada ən rahat evdir. Orda bu məqamlarda xüsusilə rahat olur: damın üstündə şimşək çaxanda, yağışın damcıları pəncərədən axanda, küncdə istlik verən kamin xoş təsir bağışlayanda, yumşaq çarpayıda sevimli insan bərk qucaqlayanda və sonsuz sevgisini etiraf edəndə.

Bu evə nə zaman gəldiyimdən asılı olmayaraq orada məni hər zaman sevimli şəxs gözləyəcək. Xatirinə bu kiçik təxəyyülü yaratdığım insan. Ürəyimə ən doğma olan insan. Mən bilirəm ki, o ordadır. Mən bilirəm ki, bu an o da bu ev barədə düşünür. Mən onun orda olduğunu, əlimi ona uzatsam ona toxunacağımı, onu qucaqlayacağımı və öpəcəyimi hiss edirəm. O da məni hiss edir. Bizim bir-birimizdən uzaq olduğumuza baxmayaraq, bu yerdə biz bir-birimizi qucaqlaya, bir-birimizin xoşbəxt gözlənə baxa bilərik, təbəssümü görə və sevimli səsi eşidə bilərik.

Bu, bizim fikrimiz və yaratdığımızdır. Qoy bu sadəcə fikir olsun. Amma bunun təkcə fikir olduğunu dilə gətirmək olarmı? Bu, təxəyyülün möhtəşəm əsəridir. Bu, bir-birindən uzaq məsafədə yerləşən iki sevənə güc verən, sevimli insanla birlikdə hiss etməyə imkan verən, güc lazım olan anda zəif olmamağa şövq edən və növbəti görüş anını gözləməyə ruhlandırandır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR