Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Üzdə qırışıqlıq və sızanağa səbəb bu imiş qidalar

Üzdə qırışıqlıq və sızanağa səbəb bu imiş qidalar
Sakura

Üzdə qırışıqlıq və sızanağa səbəb bu imiş qidalar

Üzünüzdə sızanaq və qara nöqtələrin görünməsi, şişkinlik və s kimi problemlər adətən müxtəlif xəstəliklərin xəbərçisidir. Lakin bununla birlikdə qəbul etdiyiniz bir sıra qidalar dərinizi və üzünüzü dəyişdirə bilər.

Medicina.az xəbər verir ki, bəzi qidalar var ki, hətta özümüz də bilmədən üz dərimizə mənfi təsir göstərir. Belə qidalar adətən gündəlik qida rasiyonumuzda iştirak edir.  Həmin qidalardan bəzilərini təqdim edirik: 

 
Süd 

Süd, sümük inkişafı üçün vacib bir qidadır. Xüsusilə körpələr və inkişaf yaşında olanlar üçün bol miqdarda içilməsi  tövsiyə olunur. A ncaq yetişkin insanlar üçün bu norma  gündə 1 stəkan ilə məhdudlaşır. Südün tərkibindəki laktoza maddəsi , çox qəbul edildikdə dəridə qara nöqtələrə və sızanaqlara səbəb ola bilər. Bəzi hallarda, göz altı bölgəsindəki  şişkinlik və üzdəki yorğunluğa səbəb də ola bilər.


 Tərkibində qlüten olan qidalar 

Tərkibində qlüten olan qidalar yeyən insanların  üzündə sızanaqlar, qara nöqtələr və ləkələr yarana bilər. Başqa sözlə desək , qlüten üz şəklinizi dəyişə bilər.  Qlüten əsasən buğda, çovdar, arpa, yulaf və s. kimi dənli bitkilərdən hazırlanan qidalarda daha çox  olur. 


 Şəkər 

Şəkərin insan üçün çox da xeyirli olmadığını bilirik. Lazımı miqdardan çox yeyilərsə orqanizmdə bir sıra problemlərə gətirib çıxarır. Çox şəkər qəbul edən insanların tipik bir üz forması olur. Belə üzdə adətən yuxarı tərəfdə dərin qırışlar, gözaltı torbalar, incə , solğun dəri və sızanaqlar  müşahidə olunur. 

Odur ki, gözəl  dəri və üz cizgilərinə  sahib olmaq istəyirsinizsə, əvvəlcə şəkəri dayandırmalı olduğunuzu unutmayın.


 
Üzdə qırışıqlıq və sızanağa səbəb bu  imiş  QİDALAR
Üzdə qırışıqlıq və sızanağa səbəb bu  imiş  QİDALAR
Üzdə qırışıqlıq və sızanağa səbəb bu  imiş  QİDALAR
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR