Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uzun müddət tibbi maska taxmağın neqativ təsiri - AÇIQLANDI

Uzun müddət tibbi maska taxmağın neqativ təsiri - AÇIQLANDI
Sakura

Uzun müddət tibbi maska taxmağın neqativ təsiri - AÇIQLANDI

“İnsanın dərisi istənilən əlcəkdən daha yaxşı qoruyur. Ona görə bütün günü əlcəkdə olmaq zərərlidir. Açıq havada maska taxıb gəzmək, qaçmaq isə enfizema yarada bilər”
Ens.az Medicina.az-a istinadən xəbər verir ki, bu sözləri Seçenov adına universitetin virusologiya və immunologiya kafedrasının müdiri Vitaliy Zverev deyib.
 
O, koronavirusdan qorunmaq üçün rezin, dəri, tibbi əlcəklərin taxılmasının əllərin dərisi üçün zərərli olduğunu və onun balansını, qoruyucu təbəqəsini zəiflədib, göbələk xəstəliklərinə yol açacağını bildirib. Əllərdə göbələk və travma isə istənilən virusun ordan bədənə keçməsinə zəmin yaradır.
 
Ona görə də ən gözəl müdafiə öz dərinizdir. Sadəcə onu tez-tez sabunla yuyun və ağzınıza toxundurmayın.
“Koronavirusun səthlər, əşyalar üzərində çox qalması, yaşaması mümkün deyil. Çünki o havada, ətraf mühitə az davamlıdır. Poliomielit tip viruslar daha çox davamlıdır.
 
Ona görə açıq havada maska və əlcək taxılması mənasızdır. Əlcəyin, maskanın üzərinə havada olan toz, allergen, göbələk, başqa bakteriyalar qona bilər, maskadan burnumuza keçə bilər, bu isə başqa xəstəliklərə yol açır.
 
 
Mən küçədə anaların uşağın ağız burnunu maska ilə tıxadığını görürəm, anaya sual verirəm. Kim sonra uşağı ağciyər emfizemasından müalicə edəcək? Küçədə virus uçmur. Sadəcə ətrafdakı insanlarda 2 metr aralı dayansaz bəs edər”.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR