Slimfit
  1. PSİXOLOGİYA

Valideyn sevgisi uşaqların sağlamlığına necə təsir edir?

Valideyn sevgisi uşaqların sağlamlığına necə təsir edir?
Sakura

Valideyn sevgisi uşaqların sağlamlığına necə təsir edir?

Biz daim  məşğuluq. Həyatımız tam stressdir. Biz işləməli, ev təsərrüfatına nəzarət etməli və  uşaq böyütməliyik. Ancaq bəzən dayanmaq və uşağı möhkəm qucaqlamaq faydalı olardı. Axı sevgi və incəlik uşaqların sağlamlığına müsbət təsir göstərir.

Uşaqların həyəcanları və travmaları həyatlarında həmişəlik izlər buraxır. Bəs sevgi necə? Valideyn sevgisi həyatımıza necə təsir edir?

Tədqiqatlar göstərir ki, sevgi ilə böyüyən uşaqlar əqli və fiziki cəhətdən daha sağlam olurlar, daha müvəffəqiyyətli,  özünə daha əmin, daha yaxşı oxuyurlar, başqaları ilə daha asan dil tapırlar. Əksinə, bu cür sevgini almayan uşaqlar tez-tez narahatlıqdan, stress və depresiyadan əziyyət çəkir,  özünü dəyərsiz hiss edir, dünyaya və insanlara qarşı daha çox düşməncə yanaşır və aqressiv olurlar.

Valideyn sevgisinin gücü

Son tədqiqatlar valideyn sevgisi ilə uşaqların sağlamlığı arasındakı əlaqəni sübut edib.

2010-cu ildə Duke Universitetinin tədqiqatçıları sevgi dolu və diqqətli anaların övladlarının daha xoşbəxt, psixoloji cəhətdən möhkəm və daha az həyəcanlı böyüdüklərini müəyyən ediblər. 

Tədqiqatda körpəlikdən 30 yaşına qədər həyatlarına nəzarət edilən təxminən 500 nəfər iştirak etmişdi. Uşaqlar səkkiz aylıq olanda psixoloqlar anaları ilə qarşılıqlı əlaqələrini müşahidə etmiş və eyni zamanda inkişaf testləri keçirmişlər.

Anaların sevgisini və diqqətini beş ballıq sistemlə qiymətləndirdilər - "mənfi" dən "çox güclü"-yə qədər. Anaların təxminən 10% -i uşaqlarını o qədər də  sevmirdilər. 85% norma daxilində sevirdilər. Təxminən 6% -i isə çox sevirdi.

30 ildən sonra həmin insanlara emosional sağlamlıqları ilə bağlı suallar verildi. Kim anaları tərəfindən daha çox sevilib və daha çox incəlik və diqqət görübsə, həmin böyüklər stress və narahatlığa daha az meyilli  idilər. Həmçinin düşmənçilik və psixosomatikanın səbəb olduğu sağlamlıq problemlərini də nadir hallarda hiss etmişdilər. 

Psixoloqlar, oksitosin hormonunun valideynlərin sevgisi ilə uşaqların zehni sağlamlığı arasındakı əlaqədən məsul olduğu qənaətinə gəliblər. Məhz o, uşaqlara bağlılığın yaranmasına təsir edir, valideynlə uşaq arasında etibar və dəstəyi stimullaşdırır və nəticədə uşaq daha xoşbəxt və sakit olur.

2013-cü ildə Los-Ancelesdəki Kaliforniya Universiteti tərəfindən aparılan bir araşdırmaya görə, valideynlərin qeyri-şərtsiz sevgisi və istiliyi uşağa həyəcanın öhdəsindən  asanlıqla  gəlməkdə kömək edir. Üstəlik, incəlik, sevgi, diqqət onun beynini fiziki olaraq dəyişdirir. Digər tərəfdən zorakılıq və laqeydlik uşaqlara mənfi təsir göstərir. Sevilməyən uşaqlarda  fiziki və psixoloji xəstəliklər inkişaf edir.

Notr- Dam Universiteti tərəfindən 2015-ci ildə edilən bir araşdırmaya görə, valideynləri tərəfindən sevilən uşaqlar xoşbəxt böyüklər kimi böyüyürlər.

600-dən çox insan necə böyüdükləri barədə sualları cavablandırdı. Böyüklər hansılar ki daha çox sevilirdilər, narahatlıq və depressiyaya daha az həssas olmuş, yüksək səviyyədə empatiya keçirmiş və özlərinə və başqalarına anlayış və rəğbətlə yanaşmışlar.

O iştirakçılar ki, uşaqlıqda sevgidən məhrum qalıb, qiymətləndirilməyib, alçaldılıb, hətta döyülübsə, sağlamlıq problemlərindən, ünsiyyətdəki çətinliklərdən əziyyət çəkirdilər. Onlara hətta başqasının yerini tutmaq daha çətin idi.

Daha tez-tez qucaqlaşın

Tədqiqat iştirakçılarından valideynlərinin onları nə qədər  qucaqladığı soruşuldu. Nəticədə sübut edildi ki, ana ilə uşaq arasındakı fiziki qarşılıqlı təsir körpəni sakitləşdirməyə kömək edir, nəticədə uşaqlar daha az ağlayır və daha çox yatırlar. Bunun da beynin inkişafını sürətləndirdiyi aşkar edilib. 

“Science American” jurnalındakı bir məqaləyə görə, uşaq evi kimi sosial cəhətdən əlverişsiz bir mühitdə yaşayan uşaqlarda  valideyn sevgisi ilə yaşayan uşaqlara nisbətən stress hormonu olan kortizolun səviyyəsi daha yüksək idi.  Psixoloqlar hesab edirlər ki, sığınacaqlarda fiziki təmasın olmaması mənfi fizioloji dəyişikliklərin əsas amilidir.

Bundan başqa, araşdırmalar göstərir ki, masaj uşaqlarda narahatlığı azaldır. Bu, valideynlər üçün uşaqla həm fiziki, həm də emosional baxımdan əlaqə yaratmaq üçün yaxşı bir yoldur. Masaj edilmiş uşaqlar və yetkinlər stresli vəziyyətlərlərin öhdəsindən daha asan gəlirlər və narahatlığa daha az meyllidirlər.

Uşaqlara onları sevdiyinizi necə göstərmək, münasibətləri isti və etibarlı etmək olar? Uşaqlarınızla əlaqə qurmağa və saxlamağa kömək edəcək 4 tövsiyə.

1.Qucaqlayın, uşağın həyatın ilk günlərindən öpün. Hər hansı bir uşaq, yeni doğulmuş olsa belə, incə, mehriban olmağa, qucaqlamağa ehtiyac duyur. Uşaqları qucağınıza götürün, sakitləşdirin, başını əllərinizlə tumarlayın, yeni doğulmuş uşağı özünüzə, “dəridən dəriyə” sıxın.

2. Onunla oynayın. Birlikdə əyləncəli bir şey edin - rəqs edin,  məzəli və hətta axmaq oyunlar edin.

3. Uşağınıza zərifliyinizi göstərməyi unutmayın. Özünüz üçün xatırlatma qurun ki, körpənizi tez-tez qucaqlamağı unutmayasınız. Ya da günün müəyyən vaxtlarında onu qucaqlayın - məsələn, məktəbə gedəndə, evə qayıdanda və ya yatmağa gedəndə. İstədiyiniz zaman,  heç bir səbəb olmadan bunu etmək daha yaxşıdır.

4. Sevgi ilə tərbiyə edin. Uşağa səhv etdiyini izah etdikdə, hansısa davranışından narazı olsanız belə, yenə də onu sevdiyini göstərmək üçün əlini çiyninə qoy və söhbətin sonunda onu qucaqla. Uşağınız  bacı və ya qardaşını  vurarsa, izah edin ki, qucaqlaşmaq dava etməkdən daha xoşdur.

Və nəhayət, uşağı sevgi ilə boğmayın. Şəxsi sərhədlərinə hörmət edin və böyüyəcəyini və münasibətlərinizin dəyişəcəyini unutmayın.

 

Mənbə: www.psychologies.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR