Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Vaqif Bayramov Dilqəm oğlu

Vaqif Bayramov Dilqəm oğlu
Sakura

Doğum tarixi : 25 dekabr 1979 Vəfat tarixi: 2 aprel 2016 (36 yaşında)

Vaqif Dilqəm oğlu Bayramov (d. 25 dekabr 1979; Naftalan, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (mayoru). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Vaqif Bayramov 1979-cu ilin 25 dekabr günündə Naftalan şəhərində anadan olub. Vaqif Bayramov ailəli idi, bir oğlu və iki qızı yadigar qalıb. Vaqif Bayramovun qardaşı Mehman Bayramov 1992-ci il 1 iyulda Qarabağ müharibəsində şəhid olub.

Hərbi xidməti

Kapitan Vaqif Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Vaqif Bayramov doğulduğu Naftalan şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Bayramov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR