Slimfit
  1. AZƏRBAYCAN

Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi nəzərdə tutulur

Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi nəzərdə tutulur
Sakura

Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi yenidən gündəmə gəlib

Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi yenidən gündəmə gəlib. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub. 
 
Mənbənin məlumatına görə, təkcə bu 2 qurumun birləşdirilməsi ilə söhbət bitmir: "Söhbət dövlət vergi yığımlarının vahid bir strukurda cəmlənməsindən və bundan doğan struktur islahatından gedir. Gömrük xidməti ilə yanaşı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinin bir hissəsi, konkret desək, məcburi sığorta ödənişlərinin yığılması funksiyasının Vergilər Nazirliyinin idarəetməsinə verilməsi planlaşdırılır".
 
Mənbənin bildirdiyinə görə, Dövlət Sosial Müdafiə Fondunun başqa bir səlahiyyəti - pensiyaların təyin edilməsi və paylanması funksiyasının isə Maliyyə Nazirliyinə verilməsi nəzərdə tutulur: "Yəni konkret olaraq fondun ləğvindən və səlahiyyətlərinin  Vergilər və Maliyyə nazirlikləri arasında bölüşdürülməsindən söhbət gedir. Bununla da büdcə daxilolmalarının yığılması ilə yalnız Vergilər Nazirliyi, büdcə vəsaitlərinin bölüşdürülməsinə isə yalnız Maliyyə Nazirliyi  məşğul olacaq".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR