Vertolyotda otel
Mains Farm komandası Sterlinqdə (Şotlandiya) kreativ düşünərək istismardan çıxarılmış ZA127 Sea King kral hərbi-dəniz vertolyotuna sərmayə yatırdı və onu unikal otelə çevirdilər.

Vertolyotun nəinki xarici görünüşünü, hətta interyerini belə dəyişiblər. İnteryer gecə qalmaq üçün yerə çevrilir. Kabinədə yay göyərtəsi də var ki, orada yanacaq çəninin qapağından hazırlanmış bir cüt oturacaq və stol var. Kabinədən ətraf mühitə canlı mənzərə açılır. Açıq interyerdə paslanmayan poladdan stendlə kiçik mətbəxi var. Taxtadan hazırlanmış stellaj interyerə təbiilik qatır. Vertolyotda 5 nəfərdən ibarət (2 böyük və 3 uşaq) ailənin yerləşə biləcəyi bir neçə yataq yeri var. Vertolyotun yayda sərin və qışda isti qalması üçün divarlar izolyasiya olunub, taxta panellər isə ağ rəngə boyanıb ki, bu da xaricdən qayıq görünüşü verir. Qapılar və pəncərələr əlavə olunub ki, lazım olan yerlər əlavə işıqla təmin olunsun.
Müəllif: Famil Ələkbərov
Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.
Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.
-
İnsanlar bahalı geyimləri səlahiyyət göstəricisi kimi qəbul edirlər
favorite0visibility6 -
Siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?…
favorite0visibility6 -
Bu qidalar insan üzünü dəyişdirir
favorite1visibility13 -
Rusiya paytaxtının sakinlərini sərxoş quşlar barədə xəbərdar etdilər
favorite0visibility12
-
0
-
0
-
0
-
0
-
0
- 0 Şərh
-
Şərhi göndər