Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

“Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayarın doğum günüdür

“Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayarın doğum günüdür
Sakura

“Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayarın doğum günüdür

Vətən Müharibəsi şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadənin bu gün doğum günüdür.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  1988-ci il iyulun 22-də Bərdə şəhərində anadan olan kiçik gizir Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd (Hadrut) qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

O, Bərdənin Şəhidlər xiyabanında dəfn olunub. Şəhid X.Yusifzadə ölümündən sonra “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edərək "gizir" hərbi rütbəsi alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR