Slimfit
  1. TARİX

Vezuvi qurbanlarının əzablı ölümlərinin yeni sübutları tapılıb

Vezuvi qurbanlarının əzablı ölümlərinin yeni sübutları tapılıb
Sakura

Vezuvi qurbanlarının əzablı ölümlərinin yeni sübutları tapılıb

Ens.az xəbər verir ki, Vezuvi vulkanının püskürməsi zamanı daş qayıq anbarlarına sığınan insanlar burada gizlənməyənlərə nisbətən dəhşətli və ağrılı ölümü qəbul etməli olmuş və dərhal ölməmişlər.

Pompeyin dəniz əyaləti olan Herkulanumda bizim eranın 79-cu ilində Vezuvinin püskürməsi zamanı baş verən partlayış heç də hamını o saat öldürməyib.

İnsanların bəziləri onları daha əzablı ölümlə üzbəüz qoyacaq daşdan olan qayıq anbarıarında uzun müddət bişib və boğularaq can verinlər. Bunu, son tədqiqatların nəticələri təsdiqləyir.

Əvvəllər bu əfsanəvi püskürmədən qaçan hər kəsin, şəhəri bürüyən isti vulkanik qazlar və isti kül dalğası nəticəsində dərhal yandığına inanılırdı. Ancaq Herkulamumda tapılan qalıqların yeni təhlili bu nəzəriyyəni təkzib edir və şok dalğasından sağ çıxanların daha yavaş və daha dəhşətli ölümündən xəbər verir.

Tədqiqatçılar qayıq anbarlarında tapılan 152 nəfərin sümüklərinin quruluşunu və onlarda kollagen səviyyəsini araşdırıblar. Alimlər gözləniləndən daha çox kollagen aşkar ediblər ki, bu da qurbanların yalnız Vezuvinin istisindən yanmadığını göstərir. Qabırğalarının quruluşu bura sığınanların püskürmə zamanı küçələrdə olanlara nisbətən daha aşağı temperaturlara məruz qaldıqlarını göstərir. Təxmini hesablamalara görə, partlayış dalğasının temperaturu 480 dərəcə Celsi olub.

Yeni nəticələr dəhşətli mənzərə yaradır: Herkulanum sakinləri sanki zəhərli vulkanik qazla boğularaq diri-diri bişmək üçün gizləniblər. Sığınacaq heç kimin çıxa bilmədiyi bir işgəncə otağına çevrilib, araşdırmanın müəllifi, Midlsbrodakı (İngiltərə) Teesside Universitetindən antropoloq Tim Thompson belə nəticəyə gəlir. Əsasən qadınlar və uşaqlar qayıq anbarlarına sığınıblar. Kişilərin qalıqları isə sahil yaxınlığında daha çox tapılıb, görünür onlar odlu cəhənnəmdən qurtulmaq üçün suya qayıq salmağa çalışıblarmış.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR