Slimfit
  1. TEXNOLOGİYA

Video oyunlarda telekinez reallığa çevrildi

Video oyunlarda telekinez reallığa çevrildi
Sakura

Artıq fikirlə idarə olunan oyun hazırlandı

Neurable startapı Estudiofuture şirkəti ilə əməkdaşlıq çərçivəsində heç bir kontroller və ya bədən hissəsini istifadə etmədən oynamaq mümkün olan oyun hazırladılar – onu ancaq fikirlə idarə etmək lazımdır!

Awakening adlı oyun  SIGGRAPH 2017 kompüter qrafikası konfransında anons olundu. Relizin 2018-ci ildə olması ehtimal olunur.

Özlüyündə oyunun süjeti “Çox qəribə işlər” amerikan serialına oxşardır: siz dövlətin elmi laboratoriyasında zorla saxlanılar uşaq kimi oynayırsınız; sən demə oyun personajı üzərində keçirilən təcrübələr onu telekinetik özəlliyə sahib olmasına səbəb olur; bu super özəllikləri isə sonda həbsxanadan çıxmaq üçün istifadə etmək lazımdır.

 

 

Qurğunun işləmə prinsipi belədir: Neurable şirkətinin kabeli HTC Vive dəbilqəsinə qoşulur və xüsusi nöqtələrdə yerləşdirilmiş bir neçə elektroddan istifadə olunur – onlar ERP (hadisələrlə bağlı çağırılan potensiallar) beyin siqnallarını aşkar edir. Beyindəki bu  kiçik elektrik dəyişiklikləri hərəkət, sensor təcrübə və fikirlə bağlıdır.

Kompüter oyununda ilk dəfə istifadə olunan neyrokompüter interfeysi daha çox tətbiq sahəsinə malikdir – məs: neyrobioloji sınaqlarda və ya müəyyən xəstəliklərə malik xəstələrə kömək üçün. Bununla yanaşı neyrobioloqlar qeyd edir ki, neyrokompüter interfeysi hər insanda işləmir: bu insan beyninin çox mürəkkəb quruluşa malik olmasına görədir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR