Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Viktor Seryogin Vasilyeviç

Viktor Seryogin Vasilyeviç
Sakura

DOĞUM TARİXİ: 23/03/1944 VƏFAT TARİXİ: 28/01/1992

23 mart 1944-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. Orta təhsilini Tbilisi şəhərində almışdır. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotunun pilotu təyin edilmişdir.

Azərbaycanın hərbi aviasiyasının yaradılmasında onun böyük xidmətləri olmuşdur. İşlədiyi müddət ərzində “Əmək veteranı” medalına və “Ən yaxşı təyyarəçi” adına layiq görülmüşdür.

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalanda, Seryogin Viktor Vasilyeviç vertolyot heyəti tərkibində müharibə zonasına uçuşlar etmiş, əhalinin təhlükəli zonadan çıxarılmasında xüsusi fədakarlıq göstərmişdir. Rəhbərlik xidmətlərini yüksək qiymətləndirərək onu Mİ-2 vertolyotuna komandir təyin etmişdi.  Viktor  Seryogin  bir komandir kimi Ağdam, Şuşa, Ağdərə rayonları ərazisində aparılan döyüş əməliyyatlarının fəal iştirakçısı olmuşdur. Komandiri olduğu vertolyot erməni yaraqlıları tərəfindən dəfələrlə atəşə tutulduğundan, zədələnmişdi. Lakin bu zədələr Viktoru qorxurtmurdu. Heyət üzvləri cəsur komandirin rəhbərliyi altında çox qısa müddətdə, bəzən döyüş gedə-gedə vertolyotu təmir edib, verilən tapşırıqları uğurla yerinə yetirirdilər.

28 yanvar 1992-ci il... Viktorun son uçuşu... Heyət Şuşa-Ağdam marşrutu ilə sərnişin aparırdı. Bir neçə dəfə əhalini təhlükəsiz zonaya çatdıran Mİ-2 vertolyotu Şuşa yaxınlığında düşmən tərəfindən atəşə tutulur. Cəsur komandir sərnişinləri xilas etmək üçün alova bürünmüş vertolyotu, çətinliklə də olsa, kənara yönəldə bilir. Bununla da itkinin qarşısını alır, özü isə heyət üzvləri ilə birlikdə həlak olur.

Ailəli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR