Slimfit
  1. SİYASƏT

Vladimir Putin İlham Əliyev və Nikol Paşinyana zeytun budağı hədiyyə etdi

Vladimir Putin İlham Əliyev və Nikol Paşinyana zeytun budağı hədiyyə etdi
Sakura

Vladimir Putin İlham Əliyev və Nikol Paşinyana zeytun budağı hədiyyə etdi

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə sülh simvolu olaraq zeytun budağı hədiyyə edib.

“Məndən solda siz bizim erməni dostlara və azərbaycanlı dostlara verdiyimiz hədiyyəni görürsünüz: Sülh və firavanlıq rəmzi olan zeytun budağı”, - deyə Putin üçtərəfli danışıqların yekunlarına dair birgə bəyanatı zamanı bildirib.

Qeyd edək ki, bu heykəlciklər üzərində bəhəri olan qızılı zeytun budağı şəklində iki nüsxədə hazırlanıb. Onun alt hissəsinə “Soçi, 26 noyabr 2021-ci il” yazısı həkk olunub.

Məlumat üçün bildirək ki, zeytun budağı sülh, qələbə, sevinc, bolluq, saflıq, namus və ölməzliyi simvolizə edir. Bu ağac qədim yəhudi, xristian və İslam ənənələrində xüsusi yerə sahibdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR