Slimfit
  1. DÜNYA

Vladimir Zelenski karantin rejimini pozduğuna görə cərimə ödəyəcək

Vladimir Zelenski karantin rejimini pozduğuna görə cərimə ödəyəcək
Sakura

Vladimir Zelenski karantin rejimini pozduğuna görə cərimə ödəyəcək

Ukraynanın prezidenti Vladimir Zelenski ölkənin Xmelnitski şəhərində kafedə kofe içdiyinə görə cərimə ödəməyə hazır olduğunu bildirib.

Ens.az “Report” -a istinadən xəbər verir ki, hadisə iyunun 3-də baş verib.

Məlumata görə, ölkədə kafelərin normal fəaliyyəti yalnız iyunun 5-də bərpa olunacağına baxmayaraq, V.Zelenski kafeyə baş çəkib.

“Əgər qayda pozuntusuna yol vermişəmsə, cərimə ödəməyə hazıram”, - ölkə başçısı söyləyib.

Bununla belə, Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko V.Zelenskinin qaydaları pozmadığına işarə edərək bunu karantin tədbirlərinin ləğvindən öncə təşkil edilmiş inspeksiya olaraq qəbul edilməli olduğunu vurğulayıb.

Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko da məsələyə münasibətini bildirib:

“Hüquq-mühafizə orqanları dövlət başçısı tərəfindən güman edilən qayda pozuntusunu araşdıracaq".

Qeyd edək ki, Ukraynada karantin qaydalarının pozuntusuna görə 17 min qrivna (1 080 AZN) cərimə nəzərdə tutulub. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR