Slimfit
  1. İQTİSADİYYAT

Vladimir Zelenski və SOCAR prezidenti yeni layihələrin icrasını müzakirə ediblər

Vladimir Zelenski və SOCAR prezidenti yeni layihələrin icrasını müzakirə ediblər
Sakura

Vladimir Zelenski və SOCAR prezidenti yeni layihələrin icrasını müzakirə ediblər

Davosda Ukrayna Prezidenti Vladimir Zelenski və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Bu barədə “Report” Ukrayna hökumət başçısının saytına istinadən xəbər verir. 

V. Zelenski və R. Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrə, eləcə də ölkənin qaz nəql güclərinə sərmayə qoymağın əhəmiyyətini qeyd ediblər.

V. Zelenski ötən ilin dekabrında baş tutmuş Azərbaycana səfərini xatırlayıb. Ukrayna prezidentinin sözlərinə görə, bu səfər çox məhsuldar olub.

“Hesab edirəm ki, bu səfər ölkələrimiz arasındakı münasibətləri yeni bir səviyyəyə qaldırdı”,- Zelenski vurğulayıb.

Görüşdə həmçinin Ukrayna dövlət başçısının Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmalar əsasında SOCAR-la yeni layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR