Slimfit
  1. AVTO VƏ MOTO

Volkswagen yeni Passat modelinin ilk şəkillərini göstərdi

Volkswagen yeni Passat modelinin ilk şəkillərini göstərdi
Sakura

Volkswagen yeni Passat modelinin ilk şəkillərini göstərdi

Volkswagen şirkəti ABŞ bazarı üçünyeni nəsil Volkswagen Passat modelinin ilk şəkillərini dərc edib. “Passat”ın amerika versiyasının ictimai premyerası 2019-cu ilin yanvar ayında Detroytda avtosalonda baş tutacaq.

Skeçlərə görə yeni Passatın eksteryerinin daha çox gözə çarpan elementləri cari ilin əvvəlində Detroytda motor şouda təqdim olunmuş son nəsil Jetta sedanından götürür. Söhbət əsas led optikalı eyni səthdə birləşmiş xromlaşdırılmış horizontal elementlər olan böyüdülmüş radiator çərçivəsindən gedir.

Platformaya gəldikdə isə, onda MQB-ə gözlənilən “keçid” baş verməyəcək - yenilik köhnə arxitekturanın müasirləşdirilmiş versiyası üzərində hazırlanacaq. Üstəlik o yenə də 280nm fırlanma anında eyni 176 at gücünü verən dörd silindrli 2,0 litrli benzin mühərrikini dəstəkləyir. 3,6 litrlik benzin “altılığı” və hibrid mühərriklə olan versiya MQB-dən imtina səbəbindən bu xətdə olmayacaq.

Yeni Volkswagen Passata əlavə olaraq ABŞ-da gün və yağış ötürücüsü, adaptiv kruiz-kontrol və hərəkət zolağında saxlama sistemi təklif ediləcək. Bu avadanlıq barədə ətraflı məlumat ancaq Detroytda təqdimatda məlum olacaq.

Mənbə: avtonovostidnya.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR