
Dərc edildi: Baxış sayı: 100
Vuçiç: "Rusiyaya qarşı heç vaxt sanksiya tətbiq etməyəcəyik"
"Belqrad hakimiyyəti Rusiyaya qarşı heç vaxt sanksiyalar tətbiq etməyəcək".
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki,bunu Serbiya prezidenti Aleksandar Vucic bildirib.
“Qərb və siyasi opponentlərimiz bizi 2000-ci ilə, tabe olduğumuz və seçim azadlığından məhrum olduğumuz, Serbiyanın maraqlarına uyğun qərarların verilmədiyi vaxta qaytarmağa çalışır. Demək istəyirlər ki, biz müstəqil ölkə olaraq qala bilmərik. Nə vaxt və kimə qarşı sanksiyalar tətbiq etdiyimizə nəzarət etmək istəyirlər. Amma bilirsiniz ki, mən Serbiyanın prezidenti olduğum müddətdə nə Rusiyaya, nə də digər müttəfiqlərimizə qarşı sanksiyalar tətbiq etməyəcəyəm”, - Vuçiç deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət