Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Vüqar Yusifov Nurəddin oğlu

Vüqar Yusifov Nurəddin oğlu
Sakura

Doğum tarixi : 2 noyabr 1976 Vəfat tarixi: 2 aprel 2016 (39 yaşında)

Vüqar Nurəddin oğlu Yusifov (d. 2 noyabr 1976; Şəmkir, Azərbaycan - ö. 2 aprel 2016; Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (polkovniki). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib.

Hərbi xidməti

Polkovnik Vüqar Yusifov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Vüqar Yusifov doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və polkovnik Yusifov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Vüqar Yusifov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR