Slimfit
  1. DÜNYA

Vurulan təyyarənin videosunu çəkən şəxs həbs edildi

Vurulan təyyarənin videosunu çəkən şəxs həbs edildi
Sakura

Vurulan təyyarənin videosunu çəkən şəxs həbs edildi

Ukrayna təyyarəsinin vurulma anını lentə alan şəxs həbs edilib.

Bakıpost.az-xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukraynaya məxsus “Boinq" sərnişin təyyarəsinə raket zərbəsi endirildiyi anın görüntüsü olduğu ehtimal edilən videonu çəkib yayan şəxsi saxlayıb.

“Fars” agentliyinin məlumatına görə, saxlanılan şəxslə bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətinə məxsus “Boinq-737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra vurulub.

Təyyarədəki 176 nəfərin hamısı ölüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR