Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Vüsal Alıyev İlham oğlu

Vüsal Alıyev İlham oğlu
Sakura

Doğum tarixi : 4 oktyabr 1996 Vəfat tarixi: 2 aprel 2016 (19 yaşında)

Vüsal İlham oğlu Alıyev (d. 4 oktyabr 1996; Şəmkir, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Vüsal Alıyev 1996-cı ilin 4 oktyabr günündə Şəmkir rayonunun Kür kəndində anadan olub. Vüsal Alıyev hərbi xidmətə öz əkiz qardaşı Vüqar Alıyev ilə birgə yollanmışdı.

Hərbi xidməti

Əsgər Vüsal Alıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Vüsal Alıyev doğulduğu Şəmkir rayonunun Kür kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Alıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Vüsal Alıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR