Slimfit
  1. TEXNOLOGİYA

WhatsApp iOS və Android-dən imtina edəcək – Nə baş verir?

WhatsApp iOS və Android-dən imtina edəcək – Nə baş verir?
Sakura

WhatsApp iOS və Android-dən imtina edəcək – Nə baş verir?

“WhatsApp” messengeri artıq köhnə versiyalı Android və iOS əməliyyat sistemləri üçün yeniləmələrini yayımlamayacaq.

TED.az xəbər verir ki, şirkət  köhnə iOS və Android əməliyyat sistemli ağıllı telefonlarda dəstəklənməyəcək. Bu ilin sentyabrında yeni iOS 13-ün çıxmasını nəzərə alaraq, populyar messencer tətbiqi, əməliyyat sistemlərinin köhnə versiyalarından imtina etməyi qərara alıb.

Android 2.3.7, iOS 7 və ya hansısa digər köhnə əməliyyat sistemi əsaslı smartfon sahibləri bu proqramdan istifadə etmək imkanlarını itirəcəklər.

Bu, ilk növbədə köhnə platformaların yaxşı qorunmaması və inkişaf etdiricilərin şəxsi məlumatların təhlükəsizliyini yüksək səviyyədə təmin edə bilməsi ilə bağlıdır. Bundan əlavə, köhnə əməliyyat sistemli telefonlar üçün çox sayda resurs tələb olunur, bu da, məlum məsələyə görə, şirkət üçün əlverişli deyil.  

Messencerin bu qərarı başqa bir səbəbələ də bağlıdır. Şirkət bildirir ki, “WhatsApp” tədricən yeni tətbiq proqramlaşdırma interfeysinə (API) keçəcək, köhnə platformalar isə bunu dəstəkləyə bilməz.

Qeyd edək ki, şirkətin bu qərarı 2020-ci il fevralın 1-dən etibarən qüvvəyə minəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR