Ens.az
21 oktyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
TEXNOLOGİYA

“WhatsApp”da başqasının yazışmalarını oxuyan üsul aşkarlanıb

“WhatsApp”da başqasının yazışmalarını oxuyan üsul aşkarlanıb

51 Baxış
“WhatsApp”da başqasının yazışmalarını oxuyan üsul aşkarlanıb

“Android” əməliyyat sistemi üçün “WhatsApp” messencerində “GIF” (qrafik təsvirlər formatı) faylları vasitəsilə başqa istifadəçinin qurğusuna daxil olmağa imkan verən boşluq aşkarlanıb. Səhv barədə “Awakened” təxəllüslü təhlükəsizlik üzrə tədqiqatçının bloqunda deyilir.  
 
ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, potensial qurbana zərərli “GIF” faylı vasitəsilə hücum edilə bilər. İstifadəçi “WhatsApp” qalereyasında qrafik şəkilləri açdıqdan sonra fırıldaqçılar qurğuda fayl və bildirişləri görmək imkanı əldə edirlər. Hakerin nömrəsi qurbanın kontaktlar kitabçasında olanda isə şəkillər istifadəçi tərəfindən təsdiq edilmədən avtomatik yüklənir.
 
Mütəxəssis izah edib ki, boşluq təsvirlər üçün qalereyada ilkin baxışın yaradılması mexanizmində, eləcə də “GIF” fayllarda aşkarlanıb. Eksployt “Android 8.1” və “Android 9.0” versiyalı qurğularda işləsə də, “Android 8.0” və əvvəlki versiyalarda işləmir.
 
Müəllif problem barədə messencerin sahibi “Facebook” şirkətini məlumatlandırdıqdan sonra  proqramın sonuncu versiyasına düzəliş edilib.
 
Fırıldaqçılarla üzləşməmək üçün “Awakened” təxəllüslü tədqiqatçı istifadəçilərə “WhatsApp” messencerini 2.19.244 versiyasınadək yeniləməyi tövsiyə edir.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X