Slimfit
  1. TEXNOLOGİYA

Whatsappda yenilik: bir həftədən sonra...

Whatsappda yenilik: bir həftədən sonra...
Sakura

WhatsApp yoxa çıxan mesaj funksiyasını əlavə edəcək

Ən populyar messencerlərdən birinin istifadəçiləri daha sonra yox olacaq mesaj göndərə biləcəklər.

Ens.az xəbər verir ki, whatsapp proqramçıları elə funksiya əlavə etməyə qərar verdilər ki, mesajlar göndərildikdən bir həftə sonra qrup və ya fərdi söhbətlərdən avtomatik olaraq silinəcək. Özünü məhvetmə funksiyasını əvvəlcədən messencerin ayarlarından aktiv etmək lazım olacaq. Bu ayarı aktivləşdirməzdən əvvəl göndərilən bütün mesajlar əvvəlki kimi qalacaq.

Məhdud vaxtı olan mesajlar adi mesajlardan fərqlənməyəcək. Onları bir-birinə göndərmək, sitat gətirmək və ya onlara cavab vermək mümkün olacaq. Sitat gətirilən silinən mesajların məznunu bir həftədən sonra da söhbətdə qalacaq. Özü məhv olan mesajlara əlavə edilmiş medaifayllar isə söhbətləşmədən silinsə də cihazın yaddaşında qalacaq, bunun üçün istifadəçi avtoendirmə funksiyasını aktiv etməlidir.

Facebook-a nümayəndələri bildiriblər ki, yeni funksiya bu yaxınlarda əlavə ediləcək. O, Android, iOs və KaiOS, həmçinin messencerin veb versiyası və kompüter üçün proqramda da əlçatan olacaq.

Mənbə: ntv.ru

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR