Slimfit
  1. TEXNOLOGİYA

“WhatsApp”la bağlı mühüm xəbər: yazdıqlarınızı oxuyacaqlar

“WhatsApp”la bağlı mühüm xəbər: yazdıqlarınızı oxuyacaqlar
Sakura

“Facebook”a məxsus “WhatsApp” messenceri bundan sonra istifadəçilərin məlumatlarının şifrələnməsi texnologiyasından…

“Facebook”a məxsus “WhatsApp” messenceri bundan sonra istifadəçilərin məlumatlarının şifrələnməsi texnologiyasından istifadə etməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Akket” nəşri yazıb.

Məlumata görə, yenilik sayəsində xüsusi xidmət orqanları asanlıqla istifadəçilərin bütün yazışmalarını oxuya biləcəklər.

Qeyd olunur ki, messencer rəhbərliyi “Facebook”un tələbi ilə bu addımı atmalı olub.

“Güc qurumları (tez-tez baş verən terror aktlarına görə) daha çox bu fikrə gəlirlər ki, cinayətkarlar məşhur messencerlər üzərindən ünsiyyətə üstünlük verirlər”, - “Akket” yazır.

Bütün “WhatsApp” istifadəçilərinin yazışmalarının şifrəsinin artıq 2019-cu ildə dayandırılacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR