Slimfit
  1. AZƏRBAYCAN

“Wikipedia”nın özbəkdilli versiyası Azərbaycanla bağlı materiallarla zənginləşdirilir

“Wikipedia”nın özbəkdilli versiyası Azərbaycanla bağlı materiallarla zənginləşdirilir
Sakura

“Wikipedia”nın özbəkdilli versiyası Azərbaycanla bağlı materiallarla zənginləşdirilir

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşəbbüsü ilə yaradılan “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının (BEE) Azərbaycan ilə bağlı özbəkdilli versiyasında “Qəbələ” və “Qusar” bölmələri istifadəyə verilib.

Bölmələrdə bu rayonların tarixi, iqtisadiyyatı, mədəniyyəti, təbiəti, turizm imkanları, görməli yerləri və s. haqqında məlumatlar və fotoşəkillər öz əksini tapıb.

“Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının Azərbaycan ilə bağlı özbəkdilli versiyası 2016-cı ildə istifadəyə verilib və ötən müddət ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xankəndi, Şuşa şəhərləri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, ermənilərin Qarabağa köçürülməsi, İrəvan şəhəri, İrəvan Dövlət Dram Teatrı, Qız Qalası və onun tarixi, Şəki şəhəri və Şəki xanlarının sarayı adlı bölmələr yaradılıb, mətnlər şəkillərlə zənginləşdirilib.

Materialları özbək dilinə şair və tərcüməçi Usman Kuçkar, jurnalist Rüstəm Cabbarov və tərcüməçi Şəhla Qasımova tərcümə edir.

Səhifələr ilə bu linklərlə tanış olmaq mümkündür: https://uz.wikipedia.org/wiki/Qabala_tumani  

https://uz.wikipedia.org/wiki/Qusar_tumani  

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR