Slimfit
  1. AZƏRBAYCAN

Xalxal xanlığı

Xalxal xanlığı
Sakura

Xalxal xanlığı - mərkəzi Xalxal şəhəri olmaqla Azərbaycan xanlıqlarından biridir

Tarixi

Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza "fəxri qonaqlığa" aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi. Məhəmmədqulu xan ona etina etmədi.

Əmirgunə xan 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralanıb qaçdı.

General-poruçik Aleksandr Suvorov 28 iyul 1780-сi ildə Həştərxandan Q. A. Potyomkinə məruzəsində yazırdı:

"Nəzərəli xan Rəşti alandan sonra Hidayət xan сanını qurtararaq gəmidə Rəştin 10 saatlığında Mazandaran tərəfdə Səfidrud çayının mənsəbinə gəlib-çıxmışdır. O. Rəştin 150 verstliyində Təbriz tərəfdə yaşayan xalxallı Əmirgunə xana kömək etməyi xahiş etmişdi və onun tələb etdiyi hər şeyi yerinə yetirməyə boyun olmuşdur. Əmirgunə xan, guya, onun xahişi ilə qoşunla Rəşt yaxınlığına gələrək həmin şahsevənli Nəzərəli xanı oradan qovub-çıxarmış və həmin şəhəri idarə etmək üçün əvvəlki kimi Hidayət xana vermişdir. Nəzərəli xan isə Xalxal xanına müqavimət göstərmək iqtidarında olmadığını görüb, oradan çıxarkən şəhərdəki bütün tikililəri və bağları yandırmışdır. Lakin bu məlumatın təsdiqini gözləmək lazımdır".

— General-poruçik Aleksandr Suvorov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR