Slimfit
  1. MEDİA

Xanımlar üçün növbəti ödənişsiz seminar

Xanımlar üçün növbəti ödənişsiz seminar
Sakura

Xanımlar üçün növbəti ödənişsiz seminar

“Youth Inc.” Sahibkarlıq Proqramı və “Girls Code Azerbaijan” Platformasının tərəfdaşlığı ilə IT sahəsinə maraqlı olan xanımlar üçün növbəti ödənişsiz seminar keçiriləcəkdir. Seminarın həyata keçirilməsi məqsədi İnformasiya Texnologiyaları sahəsinə maraqlı olan və bu sahənin istiqamətləri üzrə öz karyerasını qurmaq istəyən xanımların maarifləndirilməsi və məlumatlandırılması üçün nəzərdə tutulub.

“Mühəndis xanımlar və yeni nəsil texnologiyalar” adlı seminarın təlimçisi Elektron Hökümətin İnkişafı Mərkəzinin “Layihələrin idarəedilməsi departamenti”nin şöbə müdiri, “Professional Scrum Master” sertifikatı ilə təltif edilmiş Sevinc İsrafilovadır. Sevinc xanım həmçinin “QuizAz” mobil intellektual yarış sisteminin yaradıcısıdır.

Seminarda IT üzrə layihə rəhbəri (IT Project Manager); Biznes analitik mütəxəssisi (Business analyst specialist); IT üzrə təhlükəsizlik mütəxəssisi (IT Security specialist); Data analitik (Data analyst specialist); Mexanika təlimləri üzrə mütəxəssis (Machine Learning engineer); Mobil proqramçı (IOS and Android developer) kimi müasir sahələr və texnologiyalar haqda geniş məlumat veriləcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR