Slimfit
  1. BİOQRAFİYA

Xaqani Şirvani

Xaqani Şirvani
Sakura

Xaqani Şirvani - klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir

Haqqında

Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.

Xaqani 1126-ci ildə Şamaxının Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin "Şairlər qəbiristanlığı"nda dəfn edilmişdir.

Yaradıcılığı

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətul-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətul-İraqeyn" poeması daxildir.

İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir.

Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır

Şeirləri

Anası haqqında 
Atasından şikayət ‎
Gənclərə nəsihət ‎
Həbs edildiyi barədə vəzirə məktub ‎
"Həbsiyyə"dən ‎
Savalan dağının tərifi

 

Həbsiyyələri

Həbsdən şikayət
Həbsdən şikayət və azad olması üçün Rum qeysərindən xahiş
Ruhum bu can mülkünü tərk edib gedən kimi
Həbs edildiyi barədə vəzirə məktub
Qəlbə təsir etsə əgər qüssə, qəm
Xaqani qürbətə basalı ayaq
Qucaqlayıb dizimi səbrlə səhərlərdə

 

Qəzəlləri

Bu göylər şahının lütfü mənə sayə salıb əlan ‎
Könlüm çıxıb gedibdir, bilməm nə cur bəla var
Hanı bir yel apara könlü gülüstanə tərəf
Hədisi-tövbəni at bir kənara, badə gətir!
Ay nə lazım, sən kimi məhru kifayətdir mənə
Can bəxş edərəm cana gər ləblə şəkər versən
Bax, yenidən bu könül dərdin ilə yar olub
Səndən, gözəlim, özgə kəsdə nəzərim yoxdur
Bildim ki, bu nazından bir ləhzə dayanmazsan
Xəcil etmiş üzün, gözəl, qəməri
Ver daşını,şövq ilə cana dilə!
İsminin zikrində dastan tapmışam
Qəlbim kimi odludur dəhanım
Nə afət olmusan, ən xırda dərdin hicrandır
Ya vəslin üçün nişan gərəkdir
Canım nə qədər var, mənə canan, sən olarsan
Getdikcə bu eşqin mərəzi pürxətər oldu
Məhəbbət bir bəladır ki, yoxdur onun dərmanı
Ey aydan, pəridən gözəl nazənin

 

Qəsidələr

Mədain xərabələri

 

Fəxriyyələri

Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı
Özünü tərif və paxılları məzəmmət
Kinayə edib, söylədin, Xaqani
Böyük şair mənəm, məna süfrəsi də mənimkidir
Zaman başa vuranda Sənainin dövrünü
Dodağım saxsı, üzüm torpağa dönmüş, canım
Xaqaniyəm, yer üzünə yayılmışdır şöhrətim
İyirmi yaşdan azsa da sinnim, mənimtək bir cavan
Dəvatımın üzü sadə, içi dərin dəryadır
Paxılları məzəmmət
Əqlə ağır yük daşıdan mənim könlüm, bəyanımdı

 

Mədhiyyələri

Əmisi Kafiyəddinin tərifi
Baklan səddini bağlatdırdığı üçün Şirvanşah Mənuçöhrün tərifi
Şirvanşah Mənuçöhr ibn Firidunun tərifi
Xoş halına saqilərin, gördükdə xəndan sübhü, bax!
Bayram yetişdi, sübh ikən mey müjdəsi aldı xumar
Müvəffəqəddin Əbdülqəffarın tərifi
Qiyasəddin Məhəmməd ibn Məlikşahın tərifi
Şirvanşah Mənuçöhrün tərifi və onun oğlu Axsitandan şikayət
Şirvanşah Mənuçöhrün tərifi
Bu qəsidə quşların söhbəti adlanır
Öz ustadı Bəhaəddin Səid ibn Əhmədi mədh
Şeyxül-İslam Nəsirəddin İbrahimin mədhi
Xoy müftisi Rüknəddini, Rey alimi Rüknəddini və Tacəddin ibn Əminəddini mədh
Qazilər qazisi Sədrəddin Əhmşadı mədh
Baklan səddini bağlatdığı üçün xaqan Mənuçöhrə xitab

 

Qitələr

Qitələr/Xaqani Şirvani/Maarif Soltanın tərcüməsində

 

Məmmədağa Soltanın tərcüməsi

"Yar"ı "Mar" hesab et, bətərdir, çünki
Arxında su yoxsa, qorxma, Xaqani
Ata köçüb getsə bir gün dünyadan
Bilikli olmağın zərərdir sənə
Bir cücəni sürət ilə qovlayırdı bir uşaq
Bu bəndən Xaqani üzr istər səndən
Bu dünyanın sərvəriyəm, təbim mənim rəvandır
Cəfadır, etmə mənə sən bele xitab soyuq
Çoxdan vardı ürəyimdə Xorasanın arzusu
Dedin ki, heç kəsə baş əymə əsla
Deyək ki, qəlbimiz təmiz deyildir
Dosta yaxşılıq olmuş əzəl gündən niyyətim
Dövlət yeni, padşah yeni, vəziri də yenidir
Əgər sən bilməsən, Ütarid bilir yəqin
Əgər səndən aşağıda oturmuşsa Xaqani
Eşşəyini hər kim salsa çirkabına şəhvətin
Ey ədalət bağçası Bagdad, əhsən, mərhəba
Ey Xaqani, Bağdadda gəzmə vəfalı insan
Ey Xaqani, başına kül, öz qanına qərq ol, ağla
Ey Xaqani, kim yerişdə yamsılasa səni, bil
Ey Xaqani, könül vermə gücü artan dostuna
Ey Xaqani, nalə etmə belə ürək dərdindən
Ey Xaqani, pay ummaqda getdi abırın, həyan
Ey Xaqani, sən şahların xidmətindən uzaqlaş
Ey Xaqani, yaxşı bax yaradanın sirrinə
Fələk yaxşı bilir: nəzmü nəsrdə
Gecə göç əzmi ilə ayrılanda Şirvandan
Gənclik bir qızıldır, ömrün əlindən
Hər gecə göylərin yüksək qatına
Hər kimi qudurtsa dövləti, varı
Hicrətin beş yüz ili dövri-kəmal olmuş yəqin
İlahi, hər dərdim sənə bəllidir
İnanmazdım ki, dağ dağa qovuşar
Kasıb rahat yaşayanda, əzab çəkər varlılar
Kərəmlə vəfanın işığı söndü
Kərimləri medh edirəm, nə üçün də etməyim
Kim əldə böyüksə, adlanar imam
Kimsə söz atdı ki, Xaqani artıq
Mən dərya könüllü Xaqaniyəm ki
Mən ki Xaqaniyəm, iki cahandan
Mən o Xaqaniyəm ki, bu dünyanı
Mənim pisliyimə danışmış xacə
Mənuçöhr Salardan soruşdu bir gün
O qarayanızdır, mən ağ saçlıyam
Olsaydı Fərhadın qeyrəti əgər
Ona on qızıldır doğru sözlərim
Qorxum budur, aləmə düşər səs
Qoşub şəhvət ardınca, ömrümü bada vermə
Qürbətdə ürəkdən nalə edərsəm
Rahatlıq axtarma sən, ey Xaqani
Rütbəm mənim hümmətimlə uyğun deyil əzəldən
Şadlıqda – qəflətdən, dərddə - ağıldan
Şahım, iki cürə narahatam mən
Şahların sarayı bir dənizdir ki
Sən bir ilan sifətlisən, daim şəkər yeyirsən
Sən fəqirə bircə dirhəm verərkən, ey Xaqani
Sən qara torpağa su versən əgər
Sən qiymətli gövhər ikən, qəvvas kimi baş vurub
Sən yaxşı adamsan, Xaqani, ancaq
Soruşdun ki, ürəyində rəğbət yoxdur şahlara
Var-dövlət istədim dünyada, ancaq
Xaqani çəkildi üzlət evinə
Xaqani dərdlidir arvad əlindən
Xaqani Xaqanla oturan zaman
Xaqani! Zəmanə pis zəmanədir
Xaqani, dövlətin ağacındakı
Xaqani, haqqlısan nalə etməkdə
Xaqani, sən bilik xəzinəsisən
Xaqani, üç şeydən gözəl, de, nə var
Xaqanidən yuxanda oturdunsa, nə olar
Xaqaninin bu dünyada dörd şey gəlir xoşuna
Xəlifə deyir ki, dəbirim olsun
Xəzinə versələr mən Xaqaniyə
Yolunda nə əzab çəkərsəm, xoşdur
Yoxdur bir şey dünyada nadir olsun vəfadan
Zəmanə əhlindən göstər, o kimdir

 

M.Mübarizin tərcüməsi

Asudə olsaydım əgər bircə an
Bağdadın çox yaxşı bal paldası var
Başçıları razı salıb, xalqın dadına çatan
Dedilər ki, saqqalına əcəb yaxıbsan həna
Dərdim azalsın deyə, qoyun yanıma dərman
Eşqin əzablarından sənə şikayətim var
İmadəddin pak ruhumun sazıdır, onunla mən
Könül, yorma məni, sakit ol bir az
Məclisləri, məhzərləri döndərirəm gülşənə
Mən kiçik bir şairəm, susdurulmuş, əzilmiş
Mübarəkdir Novruzun, ey ümmətlərə sərvər
Müsabiqə aparırkən, məni məndən soruşsan
O pak insanı mədh etdim, İraqda şanlı sultandır
Paklığıyla nəzərimdə cilvələndi o afət
Qəzvin cənnət qapısıdır, İdrisi o cənnətin
Qiyamətdə haqq yanında peyğəmbərdən savayı
Reyi cənnət görən ac müsafırlər
Şerin gözəl fikirləri qanadında uçuram
Sevgilimlə qədəh tutub mey içirdik, nagahan
Təbriz tərəfdədir Qafın qülləsi
Xaqanlığa yaxınsa da mənim əsil nəsəbim
Yəməndə hər qıza baxdım, dedim ki, ceyrandır
Yüksəlişçün oldu mənə səma İraq torpağı
Zaman keçdi, kamal qaldı gözü yerə dikilmiş

 

Rübailər

Rübailər
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR