Slimfit
  1. MARAQLI

Xaricdəki həyat doğrudanmı karyera irəliləyişinə kömək edir

Xaricdəki həyat doğrudanmı karyera irəliləyişinə kömək edir
Sakura

Xaricdəki həyat doğrudanmı karyera irəliləyişinə kömək edir

İndiki qlobal dünyada getdikcə daha çox insan xaricdə yaşamağı, işləməyi və təhsil almağı seçir. Bəlkə də, bu yaxşı bir tendensiyadır: tədqiqatlar göstərir ki, belə bir təcrübə yaradıcılığı artırır, qruplar arası qərəzliyi azaldır və bur çox halda uğurlu karyeraya kömək edir.

Xaricdəki həyatın psixoloji təsirini daha yaxşı başa düşmək üçün beynəlxalq təcrübənin insanda özünüdərkin dəyişməsinə (əgər bu baş verirsə) necə təsir göstəriyini öyrənməyə qərar verdik. Bir insana "hesabatlı, daxilən ziddiyətsiz və zaman ərzində ardıcıl və sabit" hiss etməyə imkan verən özünü qiymətləndirmənin aydınlığına diqqət elədik. Özünü aydın və obyektiv qiymətləndirmək psixoloji rifah, stresə tab gətirə bilmə bacarığı və iş uğuru kimi bir çox üstünlüklər yaradır, lakin araşdırmalar bunun necə inkişaf etdiriləcəyi ilə bağlı hər şeyi izah etmir.

Ens.az xəbər verir ki, bu cür araşdırmaların çoxunda vurğulanır ki, iş yerlərini dəyişdirmək və ya romantik münasibətləri pozmaq kimi keçid təcrübələri adətən özünü qiymətləndirmənin aydınlığını azaldır. Ancaq həyatımızın bir nöqtəsində xaricdə yaşayırıqsa özümüzdən soruşa bilərik ki, bu həyat, özümüz haqda təsəvvürlərimizdə aydınlığı artıran unikal keçid təcrübəsi sayıla bilərmi?

Xaricdə yaşamaq daha aydın özünə qiymətlə assosiasiya edilir

1874 nəfərin iştirak etdiyi altı müxtəlif tədqiqatdan istifadə edərək hipotezimizi sınamaq qərarına gəldik. İnternetdə edilən ilk araşdırma üçün 296 nəfəri dəvət etdik, onların yarısı ən azı üç ay xaricdə yaşayırdı, yarısı isə belə bir təcrübəyə sahib deyildi. Bütün iştirakçılar özünü qiymətləndirmənin aydın təsəvvürləri barədə anket doldurdular, burada "Ümumiyyətlə, kim olduğumu dəqiq başa düşürəm" və "Nadir hallarda şəxsiyyətimin müxtəlif cəhətləri arasında bir qarşıdurma hiss edirəm" kimi ifadələrə cavab verməli idilər. Xaricdə yaşayan insanların belə təcrübəyə sahib olmayanlardan daha aydın özünüqiymətləndirmə bacarıqlarına sahib olduqlarını gördük.

Belə nəticələri həm də onunla izah etmək olar ki, xaricdə yaşamaq həyatı seçən insanlar belə bir fürsəti düşünməyənlərə nisbətən daha aydın özünə qiymət hissinə malikdirlər.

Belə bir izahı istisna etmək üçün əvvəllər xaricdə yaşayan 136 nəfərlə iş və ya təhsillə əlaqədar xaricə getməyə hazırlaşan 125 nəfəri müqayisə edən ikinci bir araşdırma apardıq. Biz həm də demoqrafik və psixoloji amilləri - yaş, cins, ailə vəziyyəti, sosial-iqtisadi durum və şəxsiyyət xüsusiyyətlərini nəzərə aldıq. Yenə də gördük ki, xaricdə yaşayan insanlar hələ yaşamamış, ancaq növbəti il ​​ərzində köçməyi planlaşdıran insanlardan daha aydın özünüqiymətləndirməyə malikdirlər.

Özünüz haqda təsəvvürlərin aydınlığının təqdimatı

İştirakçılar aşağıdakı ifadələrlə nə qədər razı olduqlarını və ya razı olmadıqlarını göstərdilər (beş bəndlik şkalada 1 - "tamamilə razı deyiləm" və 5 - "qətiyyətlə razıyam"):

  1. Özüm haqqında düşüncələrim tez-tez bir-biri ilə ziddiyyət təşkil edir.
  2. Belə olur ki, bir gün özüm barədə bir cür, digər vaxt başqa cür düşünürəm.
  3. Necə bir adam olduğum barədə çox düşünürəm.
  4. Bəzən mənə elə gəlir ki, əslində göründüyüm kimi deyiləm.
  5. Keçmişdə necə olduğum barədə inamla danışmaq mənim üçün çətindir.
  6. Nadir hallarda şəxsiyyətimin müxtəlif cəhətləri arasında münaqişə yaşayıram.
  7. Hərdən mənə elə gəlir ki, digər insanları özümdən daha yaxşı tanıyıram.
  8. Özüm haqda təsəvvürlərim tez-tez dəyişir.
  9. Xarakterimi təsvir etməyim xahiş olunsa, fərqli günlərdə bunu başqa cür edərdim.
  10. Hətta istəsəm də, nücə bir insan olduğumu çətinliklə izah edə bilərdim.
  11. Ümumiyyətlə, kim olduğum barədə dəqiq bir təsəvvürüm var.
  12. Nə istədiyimi bilmədiyim üçün tez-tez qərar verməkdə çətinlik çəkirəm.

Mənbə: Campbell, J.D., Trapnell, P.D., Heine, S.J., Katz, I.M., Lavallee, L.F. and Lehman, D.R., 1996. Self-concept clarity: Measurement, personality correlates, and cultural boundaries. Journal of Personality and Social Psychology, 70(1), p.141-156.

Özünüz haqqında düşüncələriniz bununla nə dərəcədə bağlıdır

Nəticələri əldə etdikdən sonra xaricdəki həyatın niyə daha aydın özünü qiymətləndirməyə səbəb olduğunu öyrənməyə qərar verdik.

Göstərilən tədqiqatlarda aydın olur ki, özümüz haqqında düşüncələr - həqiqətənmi bizim şəxsiyyətimizin xüsusiyyətləri özümüzü dərk etməni müəyyən edir, yaxud sadəcə müəyyən mədəniyyətdə tərbiyəni əks etdirir - xaricdəki həyat və özünü qiymətləndirmə aydınlığı arasındakı əlaqənin vacib bir hissəsidir .

Biz bu düşüncələri dəyərləndirmək üçün yeni şkala hazırladıq və bizim məlumatlarımız göstərir ki, xaricdə yaşayan insanlar belə düşüncələrə daha meyllidir.

Niyə insanlar xaricdə yaşayarkən özləri haqqında daha çox düşünürlər? Vətəninizdə analoji şəkildə davranan insanların əhatəsində yaşadığınız zaman davranışınızın öz dəyərlərinizi və ya mənsub olduğunuz mədəniyyət dəyərlərini əks etdirdiyinə dair bir sualınız yaranmır. Ancaq xaricdə yeni bir mədəniyyət içərisində olduqda, daim öz dəyərlərinizə və inanclarınıza müraciət edirsiniz ya bunlardan çəkir və ya daha da gücləndirirsiniz.

Digər bir araşdırmada xaricdəki həyatımızla özümüz haqqında aydın təsəvvürlərin səbəb əlaqəsini aydınlaşdıran bir eksperimental sxemdən istifadə etdik. Əvvəllər xaricdə yaşayan 116 iştirakçını onlayn bir araşdırmaya cəlb etdik və təsadüfi olaraq aralarında iki təcrübə şəraiti təyin etdik. Bəzi iştirakçılardan xaricdə yaşadıqları təcrübələr haqqında düşünmək istənildi; digərlərindən isə vətənlərində olan təcrübələri haqqında. Bu metod xaricdə və ya vətəndə həyata xas olan düşüncə proseslərini etibarlı və səmərəli şəkildə modelləşdirir.

Nəticələr göstərdi ki, xaricdəki həyatı əks etdirən iştirakçılarda vətənində həyatı əks etdirənlərə nisbətən özünü qiymətləndirmə bacarığı daha yüksəkdir. Bundan əlavə, əvvəlki araşdırmada olduğu kimi, xaricdəki həyat haqqında yazan insanlar orada yaşadıqları zaman özləri haqqında daha artıq düşündüklərini xatırlatdılar.

Xaricdə yaşamaq təcrübəsinin genişliyi yox, dərinliyi vacibdir.

Sonrakı araşdırmaya orta hesabla üç il xaricdə yaşamış şəxsləri dəvət etdik. Bu nümunələr xaricdəki həyat və özünü qiymətləndirmənin aydınlığı arasındakı əlaqəni daha ətraflı öyrənməyə imkan verdi. Xüsusilə aydınlığa səbəb olan bir şeylə maraqlandıq: təcrübənin dərinliyi (xaricdə keçirilmiş ümumi vaxt) və ya genişliyi (iştirakçıların yaşadığı ölkələrin sayı).

Güman etdik ki, dərinlik genişlikdən daha vacib olacaq, çünki insanlar xaricdə nə qədər yaşayırsa, özləri haqqında dərin düşünməyə daha çox fürsət tapacaqlar. Eyni zamanda, onların bir və ya bir neçə ölkədə yaşamalarınln fikrimizcə, xüsusi əhəmiyyəti yox idi. 559 MBA tələbəsinin iştirakıyla apardığımız araşdırma fərziyyələrimizi təsdiqlədi və təcrübənin genişliyi deyil, dərinliyin özünüdərkin aydınlığına təsir etdiyini nümayiş etdirdi.

Daha aydın özünü qiymətləndirmə daha adekvat rəy yaradır.

Bu nəticələr korporativ dünya üçün nə demək olar? Mümkün nəticələrdən biri budur ki, özünü qiymətləndirmənin daha dəqiq olması, özünüzü qavramanızla digər insanlar tərəfindən qavaranılmanızı uyğunlaşdırmağı asanlaşdırır ki, bu da "360 dərəcə" metodundan istifadə edərək kadr qiymətləndirməsində əks olunur. Bu üsul geniş yayılmışdır. Bəzi hesablamalara görə, böyük təşkilatların təxminən 90% -i bundan istifadə edir və alınan qiymətləndirmələrdə uyğunsuzluq ümumiyyətlə işdəki mənfi nəticələrlə əlaqələndirilir.

Növbəti tədqiqatda 544 MBA tələbəsində özlərini qiymətləndirmək dərəcələrinin tələbə yoldaşları və həmkarları tərəfindən bir sıra sosial aspektlər və şəxsi keyfiyyətlər baxımından verilən qiymətləndirmə ilə üst-üstə düşdüyünü yoxladıq. Uyğunluğun yüksək səviyyədə olması tələbələrin özlərini başqalarının gördükləri kimi gördüklərini göstərdi. Dəyərləndirmələrin üst-üstə düşməsi özünü qiymətləndirmənin aydınlığı ilə bağlıdır: insanlar özlərini yaxşı başa düşdükdə, başqalarında da özləri barədə aydın və dəqiq bir obraz yaradırlar. Bu dəfə biz həm də müəyyənləşdirdik ki, bir insanın özünü qiymətləndirməsinin və başqalarə tərəfindən qavrayışının adekvatlıq dərəcəsinə təsir edən xaricdə yaşamaq təcrübəsinin genişliyi yox, dərinliyidir. Bu, əvvəlki araşdırmamızın nəticələrinə uyğundur.

Düzgün özünüqiymətləndirmə daha aydın karyera qərarlarına səbəb olur

İşlərimiz karyera idarəçiliyi ilə bağlı vacib nəticələr çıxarmağa da imkan verir. Tədqiqatlar göstərir ki, bugünkü mürəkkəb peşəkar dünyada həyatın müəyyən nöqtəsində insanların böyük əksəriyyəti karyera seçimləri etmək məcburiyyətində qaldıqda çətinlik çəkirlər. Bu MBA tələbələri üçün ən ciddi problemlərdən biridir. Aydın bir özünü qiymətləndirmə, hansı karyeranın bir insanın güclü və dəyərlərinə uyğun olduğunu təklif edir və insanlara karyera qərarlarını daha bilincli və inamlı şəkildə qəbul etməyə imkan verir.

Son araşdırmada xaricdəki həyatın və özünüqiymətləndirmənin daha yüksək aydınlığının gələcək menecerlərin karyera planlarına necə təsir etdiyini araşdırdıq. Müxtəlif ölkələrdən 98 MBA tələbəsi ilə görüşdükdən sonra bir daha əmin olduq ki, özünü qiymətləndirmə amili xaricdəki həyat təcrübəsinin genişliyi deyil, dərinliyi ikə əlaqədardır. Özünü daha yaxşı anlamaq bir biznes məktəbini bitirdikdən sonra aydın planlara çevrilir: xaricdə daha uzun müddət yaşayanlar MBA proqramını bitirdikdən sonra karyera qurmağı bildiklərini söyləyirlər.

Məhdudiyyətlər və gələcək tədqiqat sahələri

Ümumiyyətlə, müxtəlif metodlar (korrelyasiya və eksperimental) və qiymətləndirmə metodlarından (müstəqil və "360 dərəcə" ) istifadə edərək müxtəlif qruplarda (onlayn iştirakçılar və bir çox ölkələrin MBA tələbələri) özünü qiymətləndirmənin aydınlığına xaricdəki həyatın müsbət təsirinin güclü sübutlarını tapdıq. Əlbətrə ki, effektin əks istiqamətdə yayılması və daha dəqiq özünüqiymətləndirməsi olan insanların xaricdə həyat seçmək istəyində olduqlarını tamamilə istisna edə bilmərik. Səbəb nəticə əlaqələrinin ən dəqiq araşdırması bu cür görünə bilərdi. İştirakçıları təsadüfi olaraq xaricdə yaşayanlara və vətənində qalanlara bölmək və sonra özünü qiymətləndirmə səviyyəsini izləmək lazımdır. Araşdırmamız çərçivəsində belə bir təcrübənin mümkün olmadığı təəccüblü deyil.

Xaricdəki həyatın özünü qiymətləndirmənin aydınlığına təsir etməyən hallarını öyrənmək maraqlı olardı. Çox vaxt xaricdə yaşamağa başlayanlar - sosial əlaqələrin bütün tanış əlamətlərinin və simvollarının itməsi nəticəsində yaranan narahatlıqdan "mədəni sarsıntı" keçirirlər. İnsanlar bu narahatlığı dəf edə bilmirlərsə, xaricdəki həyat onları özgəninkiləşdirməyə və oriyentasiya itkisinə səbəb ola bilər ki, bu da özünü qiymətləndirmənin inkişaf etməsinə və bundan faydalanmasına mane olur.

Ancaq nəticədə insanların çoxu bu mərhələni keçirlər. Yeni mədəni mühitə alışdıqca, təcrübələri Maykl Kraytonun araşdırmalarımızın ruhunu mükəmməl əks etdirən "Səyahətlər" adlı avtobioqrafik kitabında təsvir edilənə bənzəməyə başlayır: "Çox vaxt düşünürəm ki, kim olduğumu xatırlatmaq üçün dünyanın uzaq bir guşəsinə gedirəm. Adi mühitdən, dostlardan, gündəlik fəaliyyətlərdən məhrum bir durum... həyatı ən təmiz formada hiss etmək məcburiyyətində qalırsınız, bu, istər-istəməz bu insanın kim olduğunu anlamağa kömək edir ".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR