Slimfit
  1. AZƏRBAYCANLI

Xarici ölkələlərdə vəzifə sahibi olan azərbaycanlılar

Xarici ölkələlərdə vəzifə sahibi olan azərbaycanlılar
Sakura

Xarici ölkələlərdə vəzifə sahibi olan azərbaycanlılar

Bu gün dünyanın 70-dən çox ölkəsində 50 milyondan çox azərbaycanlı yaşayır. Onlar arasında özəl sektorlarda çalışıb öz biznesini quranlar da, dövlət qurumlarında yüksək vəzifələrdə çalışanlar da var.
Yeniavaz.com xarici ölkələrdə uğur qazanan, vəzifə sahibi olan azərbaycanlıların siyahısını təqdim edir:

Siyahımıza ilk olaraq əslən Masallıdan olan və 1987-ci ildən Ukraynada yaşayan Riyafət Qasımovdan başlayaq. 1970-ci il təvəllüdlü Riyafət Sadiq oğlu Qasımov 2019-c ilin fevral ayında Ukraynanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin I Karpat Dairəsinin rəisi vəzifəsinı təyin edilib. O, bir müddət biznes sahəsində çalışıb, daha sonra iki dəfə İvano-Frankovsk Şurasının deputatı olub. Hazırda təyin olunduğu vəzifəsinə qədər isə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin vilayət strukturunda çalışıb, həm də azərbaycanlıların diaspor hərkatında fəaldır.

Ukraynada vəzifədə olan bir digər həmyerlimiz Gəncə şəhərində anadan olan Gündüz Məmmədovdur. Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka 18 oktyabr tarixindən əslən azərbaycanlı olan G.Məmmədovu özünə müavin təyin edib. 1974-cü ildə Gəncə şəhərində doğulan G.Məmmədov 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini "hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər müxtəlif bölgələrdə prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb. 2014-cü ildə Odessa prokuroru, 2015-ci ilin dekabr ayından Odessa vilayətinin prokurorunun müavini olub, 2016-cı ilin avqustundan Krım Muxtar Respublikasının prokuroru vəzifəsini icra edib.Eyni zamanda o da bəlli olub ki, Gündüz Məmmədov tanınmış vəzifəli şəxsin qardaşıdır. Belə ki, onun qardaşı Elçin Məmmədov "SOCAR Energy Ukraine" şirkətinin rəhbəridir. E.Məmmədovun digər qardaşı isə maliyyə naziri Samir Şərifovun müşaviri Adil Məmmədovdur.

2015-ci ildə Ukraynada vəzifəyə gətirilən azərbaycanlılardan biri də Roman Nəsirovdur. O, Ukraynanın Mərkəzi Seçki Komissiyasının Fiskal xidmətinin rəhbəri təyin olunub. Lakin, 2017-ci ildə R.Nəsirov korrupsiya ittihamı ilə  saxlanılaraq vəzifəsindən kənarlaşdırılsa da, sonradan 100 milyon qriven (3,7 milyon dollar) girov müqabilində şərti azad edilib. Ancaq 2018-ci il dekabrın 11-də Kiyev dairə məhkəməsinin qərarı ilə əvvəlki postuna qayıdıb.
Digər soydaşımız Aqiyə Axundova Ukrayna İcra Xidmətinin birinci müavini vəzifəsində çalışır. O 2007-ci ilə qədər şəhər məhkəməsində çalışıb. Həmin il isə “Hüquqi Ənənələr” vəkil bürosunda fəaliyyətə başlayıb. Aqiyə Axundova “Hüquqi Ənənələr” bürosunda sıravi işçidən direktor müavini və direktor vəzifələrinə qədər yüksəlib.

2018-ci ildə soydaşımız İlham Dadaşov Ukraynada yüksək vəzifəyə təyin olunub.  O, Ukraynanın enerji nazirinin müşaviri təyin olunub. Təyinatla bağlı əmri enerji naziri İqor Nasalik imzalayıb. İ.Dadaşov nazirliyin bir sıra dövlət əhəmiyyətli layihələrinə, xüsusilə də alternativ enerji proqramı istiqamətində aparılan işlərə nəzarət edəcək.Qeyd edək ki, uzun müddətdir Ukraynada yaşayan İ.Dadaşovun hələ sovetlər dönəmində bu ölkədə biznes fəaliyyəti olub, həmçinin neft-qaz sahəsində müxtəlif layihələri həyata keçirib. Son təyinatına qədər də soydaşımız bir sıra dövlət sifarişi layihələrə rəhbərlik edib.

2016-cı ildə həmyerlimiz Araz Mürsəliyev Rusiyada vəzifəyə təyin edilib.“Xalqlar Dostluğu” Xeyriyyə Fondunun prezidenti, Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü A.Mürsəliyev Rusiya Xalqlar Assambleyası Şurası Ümumrusiya İctimai Təşkilatının sədr müavini seçilib. 2017-ciildə isə Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti təyin olunub. A.Mürsəliyev yeni seçildiyi vəzifədə Assambleyanın dövlət hakimiyyəti orqanları və yerli özünü idarəetmə orqanları ilə Rusiya Federasiyasının dövlət milli siyasəti sahəsində qarşılıqlı fəaliyyətini koordinasiya edir. Həmyerlimiz Araz Mürsəliyev eyni zamanda Rusiyada aktiv diaspor fəaliyyəti ilə məşğul olur.

ABŞ Hərbi Dəniz Qüvvələrində polkovnik-leytenant rütbəsi ilə xidmətdə olan "John" ləqəbli həmyerlimiz Nəimi Əmiral 2019-cu il aprelin 17-də ABŞ Müdafiə Departamentinin F-35 Beşinci Nəsil Döyüş Təyyarələri Baş Ofisində Türkiyə Proqramı Meneceri təyin edilib. Həmyerlimiz eyni zamanda F-35 Baş Ofisində Partnyorlarla Əlaqə və Xarici Satışlar Şöbəsində Ştab komandiridir. Bir neçə gün bundan əvvəl Azərbaycan əsilli komandir Amerikada səfərdə olan Türkiyə Müdafiə naziri general Hulusu Akarla və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla da görüşüb.

ABŞ-da yaşayan Qarabağ Fondunun təsisçisi Adil Bağırov 2016-cı ildə rəsmi olaraq Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının rəhbəri seçilib. Deyton Təhsil Şurasının 500 milyon dollarlıq illik büdcənin istifadə edilməsi və 14 min şagirdin oxuduğu dövlət məktəblərinə nəzarət etmək kimi səlahiyyəti var. Fransa Prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri çərçivəsində Fransa səfirinin iqamətgahında Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş eksperti olan Toğrul Bağırov "Fəxri legion" ordeni ilə təltif edib.  O, Amerika tarixində indiyədək yüksək vəzifə tutan 5 türkdilli vətəndaşdan biri, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, Moskva Beynəlxalq Neft Klubunun prezidentidir.

Xarici  ölkədə önəmli vəzifələrdən birini də Züleyxa İzmayılova tutur. O, Estoniyanın Tallin şəhərinin vitse-meridir. Züleyxa 2016-cı ildə “Anne&Stiil” jurnalının versiyasına görə, Estoniyada “İlin qadını” seçilib. 2017-ci ildə “Estoniya Yaşıllar” partiyasının sədri olub. Siyasi fəaliyyətinə görə, həmvətənimiz digər partiya üzvlərindən birindən təhdid dolu mesaj alıb. O, hətta ölkədən qovulmaqla belə hədələnib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR