Ens.az
22 oktyabr 2019, çərşənbə axşamı
.
.
chevron_left chevron_right
ELM

Xarici ölkələrin alimləri BSU-da mühazirə oxuyublar

Xarici ölkələrin alimləri BSU-da mühazirə oxuyublar

Xarici ölkələrin alimləri BSU-da mühazirə oxuyublar

İyunun 14-də Bakı Slavyan Universitetinin (BSU) yeni yaradılmış təlim-tədris mərkəzində Britaniya Şurasının dəstəyi ilə silsilə seminarlar keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Oksford Bruks Universitetinin Beynəlxalq Turizm və Tədqiqatlar üzrə Menecment Mərkəzinin direktoru, professor Levent Altınay, Birminqam Biznes Universitetinin professoru Endrit Kromidha və Qazaxıstannın L.N.Qumilyov adına Milli Avrasiya Universitetinin Biznes və İqtisadiyyat üzrə Qiymətləndirmə Mərkəzinin rəhbəri Almiyaş Nurmaqambetova professor-müəllim və tələbə heyəti qarşısında təqdimatlarla çıxış ediblər.

Levent Altınay Çin Xalq Respublikasında təhsil, Çin dilinin dünyada mövqeyi və bu dilə olan maraq, impakt faktorlu jurnallarda məqalə və tezislərin nəşr olunması qaydaları haqqında məlumat verib. Seminarın növbəti hissəsində professor Endrit Kromidha “Beynəlxalq əməkdaşlıq və yaradıcı sahibkarlıq” mövzusunda çıxış edib. O, slayd əsasında öz təcrübəsinin seminar iştirakçıları ilə bölüşüb.

Almiyaş Nurmaqambetova isə Qazaxstanda bu sahədə “Ən yaxşı yerli təcrübələrin paylaşılması” mövzusunda mühazirə oxuyub.

Məruzəçilərin təqdimatları ətrafında müzakirələr aparılıb. Hər üç məruzəçinin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda onları BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. Görüş zamanı qonaqlar BSU-nun fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndiriblər.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
(“Tesla” serb dilində baltayla çapacağın birləşməsindən yaranan bir alətin adıdır. Bu alətdən ağacdan hazırlanan bəzi avadanlıqların, məsələn qayıqların, çəlləklərin içinin oyulmasında istifadə olunur.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X