Slimfit
  1. MARAQLI

Xarizma

Xarizma
Sakura

Xarizma nədir?

Gündəlik həyatımızda son vaxtlar xarizma sözü çox tez-tez səslənir. Xüsüsulə də iş həyatında daha çox isitfadə olunur. Bəs xarizma nə deməkdir, xarizmatik insan kimdir, xarizmatik insanın özəllikləri nələrdir, xarizma anadangəlmə yoxsa sonradan qazanılan bir davranışdır, bu kimi suallara aydınlıq gətirməyə çalışacağıq.

Xarizma yunan sözü olub (χάρισμα –khárisma) mənası “Allah tərəfindən verilmiş, bağışlanmış” mənasını verir.

Xarizma, ətrafdakı insanlara yüksək təsir göstərmək bacarığına sahib olan, insanların diqqətini asanlıqla özünə çəkə bilən, onların beyinlərində özü haqqında xoş təəssürat yaradan və digərlərini özünə tabe etmək qabiliyyətinə sahib olan liderə xas davaranışdır. Xarizmatik insanlar həmişə digərləri üçün nümunə kimi görünür. Onların sözləri hamı tərəfindən dinlənilir və sanki insanlar onlara oxşamağa can atırlar. Eyni söz xarizmatik və sadə insan tərəfindən deyildikdə, onların sözü daha çox təsiretmə qabiliyyətinə malik olur.

Xarizma haqqında oxuyanda bəzi mənbələrdə onun doğuşdan verilən bir qabiliyyət olması qeyd olunur və onlar iddia edirlər ki, xarizma sonradan qazanıla bilməz. Bu yanaşmaya görə sözün mənasından (Allah tərəfindən bağışlanmış) da göründüyü kimi, o, yalnız Allah tərəfindən verilir və sonradan qazanıla bilməz.

Digər bir yanaşmaya görə isə, xarizma sonradan qazanıla və inkişaf etdirlə bilər. Onlara görə xarizma, yüksək ünsiyyət və şəxsiyyətə xas bacarıqların nəticəsində formalaşır və inkişaf etdirilir.

Mənim fikrimə görə isə, xarizma Allah tərəfindən vergi kimi verilə bildiyi kimi, sonradan qazanıla və inkişaf etdirlə bilən insana xas davranış formasıdır. Bəli, həqiqətdir ki, bəzi insanlar doğuşdan xarizmatik doğulurlar. Onlar hər hərəkəti və davranışı ilə bunu sübut edirlər. İlk baxışdan onların xarizmatik olması hamı tərəfindən anlaşılır. Onlar digərlərinə nisbətən həyatda bu baxımdan daha şanslı olurlar. Amma bu, xarizmanın sonradan qazanıla biləcəyinin mümkün olmadığı mənasına gəlmir. Sadəcə bəzi xarizmatik özləlliklərə sahib olmaq, onları qazanmaq və inkişaf etdirmək lazımıdır. Həmin özləlliklər haqqında aşağıda bəhs edəcəyik.

Hesab edirəm ki, insan istəyinin, zəhmətinin və mübarizəsinin qarşısında qazanıla bilməyəcək çox az şey vardır. Amma bu xarakterin formalaşması fərdin inkişafının ilkin mərhələlərindən ailələdən, onların təşkil etdiyi ailə və digər mühitdən, daha sonra isə ilkin formalaşma mərhələsində yiyələndiyi davranışların əsasında özünə seçdiyi həyat ideologiyasına uyğun ətraf mühitindən asılı olur.

Hər birimizin müxtəlif çevrələrində-məktəb, univerisiet və digər çevrələrdə öz hərəkətləri ilə liderlik nümayiş etdirən xarizmatik bir şəxsiyyətə malik insanlar var. Onlar hamı tərəfindən lider kimi qəbul olunur və onların sözlərinə asanlıqla digərləri tərəfindən əməl olunur.

Xarizmatik insan – ətrafa, ətrafdakı insanlara öz davranışları, hərəkətləri, geyimi və bütünlükdə xarici və daxili özəllikləri ilə yüksək təsir göstərmə bacarığına malik olan, insanların diqqətini asanlıqla özünə çəkə bilən və insanları özünə tabe edə bilmək qabiliyyətinə sahib olan insandır.

Mənbə: Moneta.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR