Ens.az
16 sentyabr 2019, bazar ertəsi
.
chevron_left chevron_right
MİLLİ QƏHRƏMANLAR

Samir Xasıyev Zirəddin oğlu

DOĞUM TARİXİ: 20/04/1973 VƏFAT TARİXİ: 17/03/1995

368 Baxış
Samir Xasıyev Zirəddin oğlu

20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. 1980-ci ildə Bakının Nərimanov rayonundakı 82 saylı orta məktəbin birinci sinfinə getmişdir. 1988-ci ildə ailəsi Gəncə şəhərinə köçdüyü üçün, orta təhsilini 14 saylı beynəlmiləl orta məktəbdə tamamlamışdır. O, məktəbi bitirib Bakıya qayıdır. 1991-ci ildə Bakı Soyuducular Zavodunda işləməyə başlayır. Elə həmin il Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsinə daxil olur. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılır. O, əvvəlcə Dərnəgüldəki tikinti batalyonunda xidmət edir. 1992-ci ildə isə Vətənin çağırışına səs verərək rəhbərlikdən döyüş bölgəsinə göndərilməsini xahiş edir. S.Xasıyev qısa təlim keçdikdən sonra ön cəbhəyə yola düşür. İlk döyüşü Ağdam rayonunun Mərzili kəndindən başlayır. 1993-cü ildə Füzuli, Ağdərə bölgələrində aparılan əməliyyatlarda fəal iştirak edir. Samir bir neçə dəfə yaralansa da, döyüş bölgəsini tərk etmir, yoldaşlarının yanında qalmağı üstün tutur. Samirin gərgin döyüşlərinin biri də Tərtər cəbhəsində oldu. Ölümün gözünə dik baxan cəsur döyüşçü bir neçə dəfə mühasirəni yararaq yoldaşlarını xilas etdi. Bacarığını, səriştəsini nəzərə alıb onu iki aylıq zabitlər kursuna göndərdilər. O, leytenant rütbəsi alandan sonra yaratdığı bölüyün komandiri oldu. Samir 1994-cü ildə Gəncə qiyamının yatırılmasında fəal iştirak etdi, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi. 1995-ci il martın 17-i... Dövlət çevrilişinə növbəti cəhd. Qarşıdurma dinc yolla həllini tapa bilmədi. Qardaş qanı axıdıldı. Samirin bölüyü qərargaha daxil olarkən snayper gülləsi yaxın məsafədən komandiri qarın nahiyəsindən yaraladı. Dostlarının səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadı. O, dövlətçiliyimiz yolunda qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə leytenant Xasıyev Samir Zirəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin 2-ci Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Nərimanov rayonundakı keçmiş Montin adına Mədəniyyət və İstirahət parkına Samir Xasıyevin adı verilmiş və parkda büstü qoyulmuşdur.

 

Mənbə: Milliqahramanlar.az


VİDEO QALEREYA
Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X