Alexa
Ens.az
14 dekabr 2018, cümə
.
chevron_left chevron_right
AZƏRBAYCAN

Xəbərdarlıq: Sabah bu ərazilərdə qaz olmayacaq

Bakı şəhəri Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Xəbərdarlıq: Sabah bu ərazilərdə qaz olmayacaq

“Azəriqaz” İB-dən BAKU.WS-ə verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yeni çəkilmiş polietilen diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti, həmçinin 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Zülfiyyə Qurbanova

VİDEO QALEREYA
Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X