Ens.az
9 dekabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
MİLLİ QƏHRƏMANLAR

Təbriz Xəlilbəyli Xəlil Rza oğlu

DOĞUM TARİXİ: 12/02/1964 VƏFAT TARİXİ: 31/01/1992

697 Baxış
Təbriz Xəlilbəyli Xəlil Rza oğlu

1964-cü il fevralın 12-də Bakı şəhərində - xalq şairi Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açmışdır. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmişdir. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirməklə o, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir.

Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır, Dağlıq Qarabağın işğalçılardan təmizlənməsində fəal iştirak etmək istəyirdi. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşdü.

Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanmışdı. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, dönə-dönə qəhrəmanlıq nümunəsi göstərmişdi. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarmış, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Döyüş şücaətlərinə görə o, DİN-nin “Boz qurd” mükafatına layiq görülmüşdü.

1992-ci il... 31 yanvar... Təbriz Xəlilbəylinin son doyüşü... O, bu döyüşdə qəhrəmancasına həlak oldu.

Ailəli idi. Türkay və Gültac adlı iki qızı var.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına Xatirə lövhəsi vurulub.

 

Mənbə: Milliqahramanlar.az





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Fransız dilində L'appel du vide sözü var ki, tərcümədə "Boşluq harayı" mənasını verir. Bu ifadə tez-tez yaranan qarşı yola çıxıb tam sürətlə hərəkət etmək və ya heç zaman ürək etmədiyimiz yüksəkdən tullanma istəyinin yaranmasını ehtiva edir.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X